Malatyada 7,7 bal gücündə zəlzələ zamanı dağıntılar altında qalan Malatya Böyükşəhər Bələdiyyəsinin iki voleybolçusu Emincan Kocabaş və Mehmet Can Ağırbaş həyatlarını itiriblər. Dogrusoztv.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Malatya Kırçuval hotelinin dağıntıları altında qalan voleybolçuların cəsədləri saatlar sonra tapılıb
44 saatdan sonra xilas edilən qadının ilk istəyi bu oldu
Türkiyənin Malatya bölgəsində zəlzələ nəticəsində çökən binalardan birinin dağıntıları altından 44 saatdan sonra 72 yaşlı qadın sağ olaraq xilas edilib. Bu barədə Türkiyə KİV-i məlumat yayıb. Belə ki, dağıntılar altından çıxarılan 72 yaşlı Hanife adlı qadının ilk istəyi su olub. Bundan sonra qadın xəstəxanaya yerləşdirilib.
Türkiyədə zəlzələdə ölənlərin sayı 5 894-ə çatdı
Türkiyədə zəlzələdə ölənlərin sayı 5 894 nəfərə çatıb, 34 810 nəfər yaralanıb. Bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay bildirib. Onun sözlərinə görə, zəlzələ nəticəsində 5 775 bina dağılıb. “Dağıntılar altından 8 mindən çox şəxs sağ çıxarılıb. Axtarış-xilasetmə fəaliyyətlərimiz davam edir. Bu işlərə faktiki olaraq 6 218 nəfər təyin edilib və işləyir. […]
Xankəndi-Laçın yolundakı aksiyanın 59-cu günü
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası əlli doqquz gündür davam edir. Havanın soyuq, qarlı və şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir […]
Xilasedicilərimiz 16 nəfəri dağıntılardan sağ qurtardı – Video
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər. Bu barədə FHN-dən məlumat verilib. Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində […]
Dünyası dağılan ata… – Türkiyədəki dəhşətin fotosu
Türkiyədə zəlzələ nəticəsində dağıntılar altında qalanların axtarışları davam edir. Axtarış-xilasetmə işləri zamanı olduqca təsirli fotolar da lentə alınır. Belə dəhşətli fotolardan biri də Kahramanmaraşda çəkilib. Mesur Hancer adlı kişinin dağıntılar altında həyatını itirən 15 yaşlı qızı İrmakın əlini buraxmamasını əks etdirən foto dünya mediasının da manşetində yer alıb. Sözügedən fotoda […]
Paşinyan Ərdoğana zəng ETDİ
Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana telefon zəngi edib. Paşinyan dağıdıcı zəlzələdə həlak olanlara görə Ərdoğana başsağlığı verib, yaralılara şəfa diləyib. Paşinyan bildirib ki, erməni xilasedicilərin təyyarəsi İrəvan aeroportunda uçuşa hazırlanır. Ərdoğan Ermənistan hökumətinin başçısına kömək üçün təşəkkür edib. Türkiyə prezidenti qeyd edib ki, bu addım […]
Xilasedicilərimiz zəlzələ bölgəsində 11 nəfərin həyatını xilas edib – VİDEO
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 11 […]
Leyla Abdullayeva Türkiyənin Fransadakı səfiri ilə GÖRÜŞDÜ
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Türkiyənin Parisdəki səfiri Əli Onanerlə görüşüb. Leyla Abdullayeva bu barədə tviterdə yazıb. “Qardaş Türkiyədə baş vermiş dağıdıcı zəlzələ ilə bağlı həmrəyliyimizi ifadə etmək, Türkiyə xalqına başsağlığı bildirmək üçün Parisdəki həmkarlar ilə birgə Türkiyə səfirliyini ziyarət etdik, Səfir Əli Onaner ilə səmimi fikir mübadiləsi apardıq. Başın […]
RİİB sabahdan yardım kampaniyasına start verir
Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) qardaş ölkəyə dəstək məqsədilə humanitar yardım kampaniyasına start verir. Türkiyənin ölkəmizdəki səfirliyinin zəlzələ bölgəsinə humanitar yardım göstərilməsi məqsədi ilə Azərbaycan vətəndaşlarına çağırışına qoşulan “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri 8-14 fevral tarixlərində saat 11:00-dan 20:00-dək Bakı […]