Saatlı Gənclər Evinin direktoru rüşvətə görə həbs edildi

Saatlı Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru vəzifəsində işləmiş Quliyev Əzizağa Kişibala oğlunun qanunsuz hərəkətləri barədə vətəndaşın müraciəti əsasında Saatlı rayon prokurorluğunda araşdırma aparılmışdır. Doğrusöztv.Az bildirir ki, Saatlı rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, aparılmış araşdırmalarla Əzizağa Quliyevin Saatlı Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru vəzifəsində işləyən zaman, Matan Məmmədovanı […]

Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələr verilib – SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. Doğrusöztv.Az xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aşağıdakı əməkdaşlarına 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi verilir: Məmmədov Azər Oqtay oğlu – İdxal-İxrac Əməliyyatları üzrə […]

İqtisadi Şura haqqında Əsasnamə təsdiqləndi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İqtisadi Şurası haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 31 iyul tarixli 1565 nömrəli Fərmanının ləğv edilməsi barədə Fərman imzalayıb. Doğrusöztv.Az xəbər verir ki, Fərmanla “Azərbaycan Respublikasında iqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə […]

Xocalı soyqırımı mövzusuna həsr edilmiş “Xocalı soyqırımını unutmayaq” sosial layihələr müsabiqəsi keçirilir

“Xocalıya ədalət!” Beynəlxalq Maarifləndirmə Kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondu və “Regional İnkişaf” İctimai Birliyi Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması və təbliği məqsədilə gənclər üçün “Xocalı soyqırımını unutmayaq” adlı layihə müsabiqəsini elan edir. Müsabiqəyə mövcud karantin rejiminin tələblərinə uyğun olaraq sosial platformalar üzərindən Xocalı soyqırımı həqiqətlərini geniş auditoriyaya çatdıracaq layihələr […]

Cənub Qaz Dəhlizi tərəfdaşlar və bütövlükdə Avropa üçün dostluq, qardaşlıq, əməkdaşlıq körpüsüdür – Vüqar Rəhimzadə

Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəsi regional və beynəlxalq əməkdaşlığın coğrafiyasının genişləndirilməsində stimulverici amil rolunu oynayır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının uğurları bugünümüzün reallıqlarıdır. Enerji sahəsində əməkdaşlığın regional çərçivədən çıxaraq coğrafiyasını daha da genişləndirməsi Azərbaycanın artan rolunun, möhkəmlənən mövqeyinin təqdimatıdır. […]

Tələbə və Məzunlar Platforması peyvəndləmənin əhəmiyyətinə diqqət çəkib

Azərbaycanlı Tələbə və Məzunlar Platformasının (ASAP) “Aktual” rubrikası çərçivəsində “COVİD-19 və peyvəndləmə strategiyası” mövzusunda Almaniyanın Darmştat xəstəxanasının qulaq, burun, boğaz xəstəlikləri və plastik cərrahiyyə şöbəsinin həkimi Cavid Hüseynzadənin təqdimatında virtual seminar keçirilib. Seminarda dünyanın müxtəlif ölkələrində təhsil alan azərbaycanlı tələbələrlə yanaşı peyvəndləmə mövzusunda maraqlı olan gənclər də aktiv şəkildə iştirak […]

ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva elm sahəsində gender boşluğunun doldurulması üçün üzv dövlətlərə çağırış edib

Bu gün Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Qadınlar ölkəmizdə ali təhsil ocaqlarında magistrlərin 54 faizini, fəlsəfə doktorlarının 51 faizini, elmlər doktoru dərəcəsinə malik olanların 46 faizini və elmi tədqiqatçıların 56 faizini təşkil edir. Azərbaycan Milli Elmlər Akademiyasının ümumi kollektivinin 59 faizi qadınlardan ibarətdir. Doğrusöztv.Az xəbər verir ki, bu faktları […]

Birinci vitse-prezident Mehriban Əliyeva ICESCO-nun “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə tədbirində çıxış edib (VİDEO)

ICESCO tərəfindən elan olunan “Qadınlar ili” çərçivəsində “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə fevralın 11-də videokonfrans formatında tədbir keçirilib. Trend xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə videoformatda çıxış edib. Tədbir iştirakçılarını salamlayan ICESCO-nun Baş direktoru Salim əl-Malik gənc nəslin gələcəyində elmin oynadığı rolun əhəmiyyətini vurğuladı. […]

Türkiyə və Azərbaycan orduları bütün tapşırıqları yerinə yetirmək gücündə olduğunu göstərdi – Hulusi Akar

Türkiyə və Azərbaycan Silahlı qüvvələri onlara verilən bütün tapşırıqları yerinə yetirmək gücündə olduğunu göstəriblər. Doğrusöztv.Az-ın məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Qarsda keçirilən “Qış təlimi-2021” Türkiyə-Azərbaycan birgə hərbi təlimlərində çıxışı zamanı deyib. O bildirib ki, Türkiyə və Azərbaycan ordusunun əməkdaşlıq etməsi çox vacibdir: “Ölkələrimizin, xalqlarımızın müdafiəsi və […]

Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VII iclasında çıxış edib (FOTO)

Fevralın 11-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında VII iclası keçirilib. Doğrusöztv.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda çıxış edib. İclasın açılış sessiyasında Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı xanım Kadri Simson, qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi və Azərbaycanın energetika […]