Azərbaycanda oktyabrın 24-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın […]
Biləsuvarda pozuntulara yol verən məktəb direktoru işdən çıxarılıb
Biləsuvarda məktəb direktoru işdən çıxarılıb.Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirililib ki, daxil olmuş vətəndaş müraciəti əsasında Biləsuvar rayonu Amankənd kənd ümumi orta ümumtəhsil məktəbində araşdırma aparılıb. Araşdırma nəticəsində məktəbin direktoru Anar İmanovun əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini düzgün yerinə yetirmədiyi, təhsilverənlərin etik […]
İlham Əliyev Macarıstanın Baş nazirini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbana təbrik məktubu ünvanlayıb.Təbrikdə deyilir: “Hörmətli cənab Baş nazir, Macarıstanın milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram. Dost ölkə və strateji tərəfdaşımız olan Macarıstanla dövlətlərarası əlaqələrimizin bugünkü səviyyəsi məmnunluq […]
Qurban Qurbanov “Qarabağ”ın ruhudur!
İtaliyanın “Sportellate” idman portalı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun uğurlarından bəhs edən məqalə dərc edib. Yazıda Azərbaycan təmsilçisinin UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmaqla böyük idman uğuruna imza atdığı bildirilir. Vurğulanır ki, Qurban Qurbanovun komandası Liqa mərhələsinin ilk iki turunda əldə etdiyi nəticələrlə də xüsusilə diqqət mərkəzində olub. Qeyd […]
DYP avtobuslarla sərnişindaşıma xidməti göstərən fiziki və hüquqi şəxslərə çağırış edib
Baş Dövlət Yol Polisi İdarəsi avtobuslarla sərnişindaşıma xidməti göstərən fiziki və hüquqi şəxslərə çağırış edib. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki, bu gün Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə “Nəqliyyatda və sərnişindaşımada yanğın təhlükəsizliyi” mövzusunda AYNA-da keçirilən tədbirdə çıxış edən Baş Dövlət Yol Polisi İdarəsinin […]
Ermənistanda bəzi dini məbədlər dövlətin balansına keçə bilər
Ermənistanın Baş naziri Nikol Paşinyan məbədlərin Erməni Apostol Kilsəsindən ayrılmasına və dövlətin balansına verilməsini mümkün hesab edir. Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. Söhbət tarixi abidə statusuna malik olan kilsə və monastırlardan gedir.
Azərbaycan-Qazaxıstan münasibətləri: Türk dünyasında sıx əməkdaşlığa doğru – ŞƏRH
Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 20-də Qazaxıstana dövlət səfəri, müzakirə edilən mövzular, əldə edilən razılaşmalar mühüm əhəmiyyət kəsb edir. Səfər regionla yanaşı, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr üçün də mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin səfəri Azərbaycanın artan nüfuzunu, rəsmi Bakının qlobal oyunçuya çevrildiyini sübut edən önəmli faktorlardan […]
Estoniyanın xarici işlər naziri Zəfər parkını ziyarət edib
Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahkna oktyabrın 22-də Bakıdakı Zəfər parkını ziyarət edib. Yenixeber.org xəbər verir ki, burada qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Nazir parkdakı Zəfər abidəsinin önünə əklil qoyub. Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz […]
Bu il Qarabağda su təsərrüfatına 44 mln. manatdan çox vəsait xərclənib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində su təsərrüfatı infrastrukturunun qurulmasına xərclənən vəsaitin həcmi açıqlanıb.Bu barədə “APA-Economics”ə Maliyyə Nazirliyindən bildirilib. Məlumata görə, 9 ayda azad edilmiş ərazilərdə su xətləri, kollektorlar və qurğuların çəkilməsinə dövlət büdcəsindən 44,3 milyon manat vəsait xərclənib. Qeyd edək ki, cari ilin dövlət büdcəsinin 9 […]
Prezident İlham Əliyev Yaqub Eyyubova “İstiqlal” ordenini təqdim edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də Yaqub Eyyubovu qəbul edib və ona “İstiqlal” ordenini təqdim edib.Yaqub Eyyubovu salamlayan Prezident İlham Əliyev dedi: -Hörmətli Yaqub müəllim, ilk növbədə, sizi qarşıdan gələn yubileyiniz münasibətilə təbrik edirəm, sizə cansağlığı, yeni uğurlar arzulayıram. Siz uzun illər müxtəlif məsul vəzifələrdə işləyərkən Azərbaycanın inkişafına öz […]