UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb. Azərbaycan təmsilçisi “Qarabağ”ın da rəqibi bəlli olub. Ağdam təmsilçisi İngiltərənin “Nyukasl” klubu ilə rəqib olub. Qeyd edək ki, bu mərhələnin ilk qarşılaşmaları fevralın 17-18-də, cavab oyunları 25-26-da keçiriləcək.
ARKA rəhbəri: Kinomuzda sovet düşüncəsi hələ də qalmaqdadır
Dövlət kino istehsalı üçün şərait yaratmalıdır. Bunun üçün filmlərin sayını artırır və ümumilikdə ölkə üzrə bu sahədə ekosistem yanaşmasına keçid edir. Bunu Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyinə (ARKA) baş direktoru Rəşad Əzizov “Azərbaycan mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasının media üçün təqdimatında deyib. O qeyd edib ki, […]
Mədəniyyət sahəsində yeni qanun layihələri hazırlanır – ANONS
Mədəniyyət sahələrinin inkişafı üçün yeni qanun layihələri hazırlanacaq. Bunu Milli Məclisin vitse-spikeri Rafael Hüseynov “Azərbaycan mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasının media üçün təqdimatında deyib. “Elə bu konsepsiyanın çərçivəsində yalnız o altı dövlət proqramının hazırlanması ilə iş məhdudlaşmayacaq Mədəniyyət sahəsindəki bizim ana qanunumuz var. Oraya elə bu konsepsiya çərçivəsində mütləq əl […]
Ərdoğan Pezeşkianla bölgədəki hərbi gərginliyi müzakirə edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkianla telefonla danışıb. Telefon danışığı zamanı Türkiyə ilə İran arasında ikitərəfli münasibətlər, eləcə də bölgədə artan hərbi gərginlik müzakirə olunub. Qeyd edək ki, İran xarici işlər naziri Abbas Əraqçi bu gün İstanbula səfər edib. İranlı nazir Türkiyə XİN başçısı Hakan Fidanla görüşəcək. […]
Suriya hökuməti SDQ ilə atəşkəs və inteqrasiya barədə razılığa gəlib
Suriya hökuməti və Suriya Demokratik Qüvvələri (SDQ) hərtərəfli atəşkəs barədə razılığa gəliblər. Atəşkəsə əlavə olaraq SDQ-nin Suriya ordusuna mərhələli şəkildə inteqrasiya edilməsi də razılaşdırılıb. Məlumata görə, Suriyanın şimal hissəsində döyüş zonalarında olan SDQ hərbi qüvvələri geri çəkiləcək və Suriyanın Daxili İşlər Nazirliyinin tabeliyində olan qoşunlar SDQ-nin nəzarətində olan Haseke və […]
Prezident İndoneziyanın Azərbaycandakı səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev yanvarın 30-da İndoneziyanın Azərbaycanda yeni təyin olunmuş səfiri Berlian Helminin etimadnaməsini qəbul edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
İran XİN rəhbəri Türkiyədə səfərdədir
İranın xarici işlər naziri Abbas Əraqçi türkiyəli həmkarı Hakan Fidanla danışıqlar aparmaq üçün Türkiyəyə səfər edib. Əraqçini daşıyan təyyarə İstanbula enib. İran XİN rəhbəri Türkiyə rəsmiləri ilə ikitərəfli əlaqələri və regional gərginliyi müzakirə edəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Əraqçini qəbul edəcəyi gözlənilir.(Apa)
Növbəti dörd ildə 14 regional DOST mərkəzi istifadəyə veriləcək
Azərbaycanda 2030-cu ilədək 14 regional DOST mərkəzi və 64 filialın istifadəyə verilməsi nəzərdə tutulub. Bunu DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov qurumun 2025-ci il üzrə yekunlarına həsr olunan mətbuat konfransında çıxışı zamanı deyib. Onun sözlərinə görə, keçən il DOST mərkəzlərində 900 minə yaxın, ümumilikdə ötən dövrdə 4,1 milyondan çox […]
Azərbaycan Honqkonq pasportunu daşıyanlar üçün vizasız rejim tətbiq edib
Azərbaycan Honqkonq Xüsusi İnzibati Rayonu (HKXIR) pasport sahibləri üçün məhdud müddətə vizasız rejim tətbiq edərək giriş şərtlərini asanlaşdırıb. Bu barədə Honqkonq HKXIR-in mətbuata açıqlamasında bildirilir. Honqkonq XİR pasport sahibləri 2 fevral 2026-cı ildən 2 fevral 2027-ci ilə qədər olan müddətdə üç dəfəyədək, hər girişdə 30 günədək Azərbaycana vizasız səfər edə […]
UEFA Çempionlar Liqası: “Qarabağ”ın pley-off mərhələsindəki rəqibi müəyyənləşir
Bu gün UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün pley-off mərhələsinin püşkü atılacaq. Tədbir bu gün, saat 15:00-da UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq. Mərasimdə “Qarabağ”ın da pley-off mərhələsindəki rəqibi müəyyənləşəcək. Səpələnməmişlər sırasında yer alan Azərbaycan çempionu PSJ və ya “Nyukasl” komandalarından birinə rəqib olacaq. Püşkatmada Liqa mərhələsini 9-cu və 24-cü […]