Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə birgə bəyannamə imzalanacaq

Azərbaycan Prezident İlham Əliyevin almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə hazırda təkbətək görüşü davam edir.Təkbətək görüşdən sonra prezidentlərin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olacaq. Almaniya kansleri Fridrix Merts ilə görüşdə isə “Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə” imzalanması nəzərdə tutulur.

Bakıda 34, rayonlarda 38 dərəcə isti olacaq

Azərbaycanda iyulun 22-də havanın 38 dərəcə isti olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-25° isti, gündüz 30-34° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil […]

Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırma başlayıb

Bakının Yasamal rayonunda fəaliyyət göstərən “Vital Hospital”da ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırma başlayıb. Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, sosial şəbəkədə yayılan məlumat nazirliyin Analitik Ekspertiza Mərkəzinin diqqətindədir: “Məsələ ilə bağlı araşdırma başlayıb və hüquq-mühafizə orqanları məlumatlandırılıb”.

Hindistan Rusiya diplomatını XİN-ə çağırıb

Hindistan Ukrayna sahilləri yaxınlığında ticarət gəmisinə hücum nəticəsində dörd hindistanlı dənizçinin həlak olması ilə əlaqədar Rusiyanın müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb. “India Today”in verdiyi xəbərə görə, Hindistan Xarici İşlər Nazirliyi rusiyalı diplomata hadisə ilə bağlı kəskin etirazını bildirib və mülki ticarət gəmisinə hücumu qəbuledilməz adlandırıb. Xatırladaq ki, Qvineya-Bisau […]

İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk

Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhemə ünvanladığı təbrik məktubunda qeyd edilib. Dövlət başçısı qeyd edib: “Biz zəngin və xoş ənənələrə əsaslanan Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. İqtisadi-ticari əməkdaşlığımızın dinamikası, […]

Dəmir və polad çubuqların idxalına yeni gömrük yığımı müəyyənləşdirilib

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli “Gömrük yığımlarının məbləğləri”ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. Qərara əsasən, İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədinə əsasən, işğaldan azad edilmiş ərazilərdə yerləşən sənaye parklarının rezidenti olan hüquqi şəxslər tərəfindən sənaye parklarında istehsal məqsədilə xammal kimi idxal istisna olmaqla, idxal […]

Sabah 39 dərəcə isti olacaq

Azərbaycanda iyulun 21-də 39 dərəcə isti gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-24° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi […]

Lisey və gimnaziyalara seçimlərin nəticələri açıqlanıb

2026-2027-ci tədris ili üzrə mərkəzləşdirilmiş qaydada qəbul aparılan lisey və gimnaziyalara seçimlərin nəticələri elan olunub. Bu barədə Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, şagirdlər qəbulun nəticələri ilə sy.edu.az platformasında “İmtahanlar” bölməsinin “Lisey seçimi” alt bölməsindən tanış ola bilərlər. Lisey və ya gimnaziyalara qəbul olunan şagirdlərin sənəd qəbulunun avqust ayının ilk […]

Özbəkistanın Baş prokuroru Azərbaycanda səfərdədir

Özbəkistanın Baş prokuroru Niqmatilla Yuldoşevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Baş prokuroru Kamran Əliyevin dəvəti ilə Azərbaycana rəsmi səfərə gəlib. Səfər çərçivəsində qonağın Kamran Əliyevlə təkbətək görüşməsi nəzərdə tutulub. Həmçinin iki ölkənin prokurorluq orqanları arasında Əməkdaşlıq Proqramı imzalanması gözlənilir.