Dəmir və polad çubuqların idxalına yeni gömrük yığımı müəyyənləşdirilib

Oxunma vaxtı:26 Saniyə


Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli “Gömrük yığımlarının məbləğləri”ndə dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb.

Qərara əsasən, İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədinə əsasən, işğaldan azad edilmiş ərazilərdə yerləşən sənaye parklarının rezidenti olan hüquqi şəxslər tərəfindən sənaye parklarında istehsal məqsədilə xammal kimi idxal istisna olmaqla, idxal edilən dəmirdən və ya aşqarlanmamış poladdan çubuqların 1 tonu üçün 150 manat gömrük yığımı alınacaq.

Armaturlaşdırılmamış şüşələrin 1 tonu üçün isə 100 manat gömrük yığımı müəyyənləşdirilib.

Qərar 31 dekabr 2026-cı ilə qədər qüvvədədir.

Loading

Next Post

İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk

Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhemə ünvanladığı təbrik məktubunda qeyd edilib. Dövlət başçısı qeyd edib: “Biz zəngin və xoş ənənələrə əsaslanan Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. İqtisadi-ticari əməkdaşlığımızın dinamikası, […]