ABŞ Prezidenti Donald Tramp dünya müsəlmanlarını Ramazan ayının başlaması münasibətilə təbrik edib. Həmin məktubunu təqdim edirik: “Bu gün Ramazan ayının başlanmasını qeyd edən hər kəsi səmimi qəlbdən salamlayır və ən xoş, ən ülvi arzularımı çatdırıram. Ramazan ayı mənəvi yenilənmənin, dərin təfəkkürün və Uca Tanrının saysız-hesabsız nemətlərinə şükür etməyin müqəddəs zamanıdır. […]
Üç rayonda itkin şəhidlərimiz torpağa tapşırıldı
Fevralın 19-da Birinci Qarabağ müharibəsinin itkin şəhidləri Vüqar Səlim oğlu Babayev Göyçayda, Azad Sabir oğlu Cəlilov Ucarda, Fərman Məhəmməd oğlu Feyzullayev İsmayıllıda dəfn olunublar. Vida mərasimlərindən sonra Vüqar Səlim oğlu Babayev Göyçay şəhər Şəhidlər xiyabanında, Azad Sabir oğlu Cəlilov Ucar rayonunun Alpoud kəndində, Fərman Məhəmməd oğlu Feyzullayev isə İsmayıllı rayonunun […]
Azərbaycana transmilli hücum: Vardanyanın “çirkli” milyardları onu təmizə çıxara bilməyəcək – ŞƏRH
2022-ci ildə Rusiya vətəndaşlığından imtina edərək sentyabr ayında qanunsuz yollarla Azərbaycanın Qarabağ bölgəsinə gələn və burada qondarma rejimdə “nazir” vəzifəsini tutan Ruben Vardanyan açıq şəkildə separatçılıq fəaliyyətinə başladı. Onun fəaliyyəti Azərbaycanın təbii sərvətlərinin talan edilməsi, bölgədə gərginliyi artırmaq və ölkəmizin suverenliyinə qarşı müqavimət ocaqları yaratmaq, qondarma qurumun ömrünü uzatmaqdan ibarət […]
Zelenskinin Ofisi: Cenevrədəki danışıqlar çətin olsa da, vacib idi
Cenevrədə danışıqlar çətin olsa da, vacib idi. Bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Kiril Budanov Cenevrədə Rusiya və ABŞ-la danışıqların yekunlarına dair bildirib. O, Ukraynanın nümayəndə heyətinin yaxın zamanda danışıqlara hazırlıq gördüyünü qeyd edib. Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna arasında danışıqların yeni mərhələsi 17-18 fevral tarixlərində Cenevrədə baş […]
Nəriman Həsənzadə “Heydər Əliyev” ordeni ilə təltif edilib
Azərbaycanın Xalq şairi Nəriman Həsənzadə “Heydər Əliyev” ordeni ilə təltif edilib.Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla o, bu mükafata Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə layiq görülüb. Qeyd edək ki, bu gün Xalq şairinin 95 yaşı tamam olur və Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva […]
İcma: “Amnesty International”ın bəyanatı əsassız və böhtan xarakterlidir
“Amnesty International” təşkilatı fevralın 17-də Azərbaycan məhkəməsinin erməniəsilli şəxslər barədə çıxardığı hökm barədə tamamilə əsassız, böhtan xarakterli açıqlama ilə çıxış edib. Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd olunub. Bildirilib ki, İcma müxtəlif vaxtlarda “Amnesty International” təşkilatına Ermənistandan deportasiya olunmuş azərbaycanlıların pozulmuş hüquqlarının bərpasına kömək xahişi ilə müraciət edib: […]
Prezident və Birinci vitse-prezident Xalq şairi Nəriman Həsənzadəni doğum günü münasibətilə təbrik ediblər
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadəni təbrik edib.Təbrikdə deyilir: “Hörmətli Nəriman Həsənzadə! Sizi – müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini 95 illiyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı arzulayırıq. Siz milli ədəbiyyatın çoxəsrlik parlaq ənənələrinə sadiq qalaraq, özünəməxsus ifadə tərzi və dəst-xəttinizlə xalqımızın […]
AQTA Ramazan ayında düzgün qidalanmaqla bağlı məlumat yayıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Ramazan ayında düzgün qidalanmaqla bağlı məlumat yayıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumata yayıb. Bu dövrdə ən vacib məqamlardan biri su balansının qorunmasıdır. “İftarla imsak arasında kifayət qədər su içmək, həmçinin maye tərkibli qidalara üstünlük vermək orqanizmin susuz qalmasının qarşısını alır. Orucu ilıq su […]
Naxçıvan Ali Məclisi deputatlarının köməkçiləri olacaq
Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisi deputatlarının köməkçiləri olacaq. Bununla bağlı “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” qanuna təklif edilən dəyişikliklər Ali Məclisin bugünkü plenar iclasında müzakirə edilib. Qanun layihəsinə əsasən, deputatın fəaliyyətinin təmin edilməsi məqsədilə onun köməkçiləri ola bilər. Belə ki, deputatın köməkçiləri Naxçıvan MR-nin büdcəsi hesabına […]
Saçını kəsdirdiyi bərbər başına torba keçirib pulunu taladı – Video
Müştərisinin saçını kəsib sonra təqaüdünü talayan bərbər saxlanılıb. Hadisə Abşeron rayonu Mehdiabad qəsəbəsində baş verib. Belə ki, zərərçəkən küçə ilə hərəkətdə olarkən naməlum şəxsin ona zor tətbiq edərək 485 manatını taladığı barədə polisə müraciət edib. Abşeron RPİ Mehdiabad Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş […]