Bakıda İncəsənət Gimnaziyası, 3 məktəb və 3 bağça təmir edilir

DogruSozTv Az

Yeni tədris ilinə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 7 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, hazırda BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 3 məktəbin (57, 68 və 141 nömrəli) sökülərək yenidən tikintisi, 1 məktəbin (İncəsənət […]

Sabunçunun bəzi ərazilərində qaz olmayacaq

DogruSozTv Az

Bu gün Bakının Sabunçu rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək rayonun Şuşa şəhərciyinin, Sosial binaların, S.Xudiyev və Ş. Rustavelli küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlanıb

DogruSozTv Az

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. Yaxın günlərdə nəşr olunacaq […]

Yeni tədris ili üzrə 44 mindən çox uşaq bağçalara qəbul olub

DogruSozTv Az

Bu il iyulun 7-dən start verilən 2026-2027-ci tədris ili üzrə uşaqların məktəbəqədər təhsil müəssisələrinə elektron qəbulu prosesi my.gov.az portalı vasitəsilə həyata keçirilib və 44 mindən çox uşaq bağçalara qəbul olub. Bunu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zemfira Sevdimalı məlumat verib. O bildirib […]

Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub

DogruSozTv Az

Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri həyata keçirilib. “Report”un əldə etdiyi məlumata görə, Komitənin Aparat rəhbəri Qasım Əliyev tutduğu vəzifədən azad edilərək sədrin müşaviri təyin olunub. Sədrin müşaviri Səbuhi Əliyev Komitənin Aparat rəhbəri, Aparat rəhbərinin müavini Zaur Əliyev isə Beynəlxalq əlaqələr şöbəsinin müdiri təyin edilib. Eyni zamanda, Aparat rəhbərinin […]

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar – YENİLƏNİB

DogruSozTv Az

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, birinci xanım Ziroatxon Mirziyoyeva və ailə üzvləri avqustun 24-də Buxara şəhərində İsmayıl Samani türbəsi ilə tanış olublar. “Report”un Özbəkistana ezam olunan müxbiri xəbər verir ki, bu türbə Mərkəzi Asiyanın ən qədim İslam memarlığı abidələrindən biridir. IX əsrin sonu […]

Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayıb

DogruSozTv Az

Təlim-tərbiyə işləri üzrə direktor müavini və digər profillər üzrə direktor müavini vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu prosesinin elektron sənəd qəbulu mərhələsinə başlanılıb. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, namizədlər 27 avqust 2026-cı il saat 15:00-dək (miq.edu.az/muavin) elektron qeydiyyatdan keçə […]

Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə “ABB Davr” Bank layihəsinin açılışı olub

DogruSozTv Az

Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin onlayn formatda iştirakı ilə “ABB Davr” Bank layihəsinin açılışı olub. Layihənin açılışı Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimi tədbiri çərçivəsində edilib. Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə mətbuata birgə bəyanatında bu hadisəni aparıcı […]