Aprelin 24-də Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı, Türk Dövlətləri Təşkilatının tərəfdaşlığı ilə Təşkilata üzv dövlətlərin jurnalistləri və media mütəxəssisləri üçün keçirilən silsilə təlimlərin rəsmi açılış mərasimi keçirilib. Açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov tədbirin əhəmiyyətini vurğulayıb. Bildirib ki, […]
“Qarabağ” son 3 mövsümün rekorduna imza atdı
“Qarabağ” Misli Premyer Liqasında qollu oyunlar seriyasını 16-ya çatdırıb. XXXI turda “Zirə”ni qəbul edən Qurban Qurbanovun yetirmələri 2:2 hesablı heç-heçəyə imza atıb. XV turda məhz bu rəqiblə qolsuz heç-heçə etdikdən sonra Ağdam klubu hər qarşılaşmada qol sevinci yaşayıb. 16 oyunluq qol seriyası son üç mövsümün mütləq rekordudur. “Qarabağ” 2021-ci ildə […]
Qobustanda maşın aşdı, sürücü öldü
Qobustanda avtomobil çökəkliyə aşıb. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu Cəngi qəsəbəsindən keçən 61.1-ci kilometrində 1978-ci il təvəllüdlü Abşeron rayonu, Xırdalan şəhər sakini Həsənov Fərman Mənaf oğlunun idarə etdiyi “Mercedes Benz 240” markalı avtomobil rayon istiqamətində hərəkətdə olarkən yoldan çıxaraq çökəkliyə aşıb. Nəticədə sürücü F.Həsənov aldığı xəsarətlərdən ölüb.
İlham Əliyev Gürcüstanın müdafiə nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladzeni qəbul edib. Bu barədə Prezidentin Mətbuat Xidməyi məlumat yayıb.
Laçın-Xankəndi yolundakı sərhəd-buraxılış məntəqəsi elektriklə təmin olunub – VİDEO
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsi Azərişıq ASC tərəfindən elektrik enerjisi ilə təmin olunub. Bu barədə “Azərişıq” ASC-dən bildirilib. Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə strateji əhəmiyyətli obyektlər, hərbi […]
Azərbaycan güləşində yeni rekord
Xorvatiyanın Zaqreb şəhərində keçirilən Avropa çempionatında 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanan yunan-Roma güləşi üzrə millimiz Avropa çempionatları tarixində medalların əyarına görə, özünün ən yaxşı nəticəsinə imza atıb. Qitə birinciliyində 145 xal toplayan yığmamız komanda hesabında 2-ci yeri tutub. Türkiyə 155 xalla çempion olub. Gürcüstan isə 124 […]
Qənirə Paşayeva İzmir valisi Yavuz Selim Köşger ilə görüşüb
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva İzmir valisi Yavuz Selim Köşger ilə görüşüb. İzmirə öncəki səfərlərini xatırladan Q.Paşayeva 44 günlük müharibədəki Zəfərdən sonra İzmirə ilk gəlişi olduğunu bildirib və tarixi Zəfəri Azərbaycan-Türkiyə qardaşlığının böyük təntənəsi adlandırıb. Q.Paşayeva İzmirdə Ümummilli lider Heydər Əliyevin […]
Şuşada yaralanan hərbçilərimiz belə təxliyə olundu – VİDEO
Şuşa rayonunun Allahqulular kəndi istiqamətindəki torpaq yolda Ermənistanın növbəti təxribatı nəticəsində minaya düşərək yaralanan hərbi qulluqçularımız Laçın yolu vasitəsilə təxliyə olunub. Minaya düşən 3 hərbi qulluqçumuza hadisə baş verən zaman təxirəsalınmaz tibbi yardım göstərilib. Dərhal hərbi qulluqçularımız hərbi tibbi yardım maşınları vasitəsilə yaxınlıqda olan tibb müəssisələrindən birinə aparılıb.
Tanınmış teleaparıcıdan Musa Qurbanlı ilə bağlı maraqlı açıqlama verdi – Video
Son vaxtlar Azərbaycan futbolunun gündəmində olan mövzulardan biri də Musa Qurbanlının İtaliya “Torino”suna keçidi ilə bağlı yayılan xəbərlər idi. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu xəbərlərin düzgün olmadığını bildirdi. Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov deyib ki, Musa Qurbanlının İtaliya mediasında dərc olunan transfer xəbərləri həyəcan verir: “Əlbəttə, hər birimiz futbolçularımızın […]
Azərbaycanda kömür sexində PARTLAYIŞ – Ölənlər var (YENİLƏNİB)
Ağstafada partlayışda ölənlərin şəxsiyyəti məlum olub. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, Ağstafa Rayon Polis Şöbəsinə rayonun Həsənsu kəndindəki kömür sexində 2 nəfərin ölümü ilə nəticələn partlayış baş verməsi barədə məlumat daxil olub. Dərhal Rayon Polis Şöbəsinin və Prokurorluğun əməkdaşları hadisə yerinə gələrək […]