Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi ərazisində tikinti materiallarının yanması barədə məlumat daxil olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan […]
Qlobal fond bazarları həftəyə artımla başlayıb
ABŞ və Avropa fond bazarlarında əsas indekslərdə artım davam edib. Bazar ertəsi Nyu-York birjasında Dow Jones Industrial Average 1,01% artaraq 47 207,12 bəndə, S&P 500 indeksi 0,79% yüksələrək 6 791,69 bəndə, NASDAQ Composite isə 1,15% artımla 23 204,87 bəndə çatıb. NYSE Composite 0,34% artaraq 21 698,06 bənd, S&P/TSX Composite indeksi […]
Kamçatkada 6,3 maqnitudalı zəlzələ baş verib
Rusiyanın Kamçatka diyarında 6,3 maqnitudalı zəlzələ baş verib. Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka şöbəsi məlumat verib. Seysmik hadisə Petropavlovsk-Kamçatskidən 373 kilometr aralıda qeydə alınıb. Zəlzələnin episentri 22,2 kilometr dərinlikdə yerləşib.
Yanvarın 15-də müharibə bitəcək! – PROQNOZ
Ukraynanın Dnepr şəhərinin baş ravvini Şmuel Kaminetski Rusiya və Ukrayna arasındakı müharibənin yaxın aylarda başa çatacağını bildirib. O, bu fikri “Inspira” biznes-kluby ilə görüşü zamanı səsləndirib. Ravvinin sözlərinə görə, müharibə 2026-cı il yanvarın 15-dək bitəcək və bundan sonra Ukraynaya böyük həcmdə investisiya axını başlayacaq. “Bu, nə dua, nə də arzudur. […]
İsrail Livanın cənubuna zərbə endirib, bir nəfər yaralanıb
Livanın cənubundakı Haruf kəndində İsrailin pilotsuz uçuş aparatının hücumu nəticəsində bir nəfər yaralanıb.Bu barədə Livanın “Əl-Əxbar” qəzeti məlumat yayıb. Məlumata görə, hücum kənddəki məktəbin yaxınlığında yerləşən bir nəqliyyat vasitəsini hədəf alıb. İsrail Müdafiə Qüvvələri hələlik hadisə ilə bağlı şərh verməyib.
Sabah 22 dərəcə isti olacaq
Oktyabrın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şərq küləyi axşam arabir güclənən şimal-qərb […]
Maşın su arxına aşdı – Sürücü öldü
Oktyabrın 24-də Bakı şəhər sakini Koroğlu Pirməmməd oğlu Rzayev Bərdədə qəzaya düşüb. O, “Mitsubishi Pajero” markalı avtomobillə rayonun Məşədibişli kəndindən Mollalı kəndi istiqamətində gedən kəndarası yolda idarəetməni itirib. Bu zaman avtomobil yolun kənarında olan su arxının içərisinə aşıb. Nəticədə sürücü hadisə yerində ölüb. Faktla bağlı Bərdə RPŞ-də CM-in 263.2-ci maddəsi […]
İlham Əliyev: Azərbaycanla Qazaxıstan arasında siyasi təmaslar əməkdaşlığın dərinləşdirilməsi üçün zəmin yaradır
Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan dövlət başçısı Kasım-Jomar Tokayevlə siyasi təmasların intensivliyinin bütün sahələrdə əməkdaşlığın dərinləşməsinə zəmin yaratdığını bəyan edib. Bu barədə Azərbaycan Prezidentinin Qazaxıstanın milli bayramı – Respublika Günü münasibətilə Kasım-Jomart Tokayevə göndərdiyi təbrik məktubunda deyilir: “Siyasi təmasların intensivliyi, ali səviyyədə qarşılıqlı anlaşmanın və fəal dialoqun mövcudluğu müxtəlif sahələrdə, […]
Oktyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabr ayının bütün sosial ödənişləri başa çatdırılıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Oktyabrın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan Muxtar Respublikası üzrə oktyabr ayının pensiyaları, oktyabrın 21-də digər bölgələrdə yaşayan pensiyaçıların […]
Ağstafada müəllim işdə ölüb
Ağstafa şəhər Musiqi və İncəsənət Mərkəzinin musiqi müəllimi işdə ölüb. 1984-cü il təvəllüdlü Günel Hüseynova işdə olarkən qəfil səhhəti pisləşib. O, xəsətxanaya çatdırılsa da, onuin həyatını xilas etmək mümkün olmayıb, Faktla bağlı araşdırma aparılır.