Azərbaycan nefti 106 dollar səviyyəsində ticarət olunur

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 3.57 ABŞ dolları və ya 3,24% azalaraq 106.48 ABŞ dolları olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 110.05 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 […]

Allahşükür Paşazadə: Həccdə olan zəvvarlar ziyarətlərini tamamlayıblar

Həccdə olan zəvvarlar ziyarətlərini tamamlayıb, “hacı” adını qazanıblar.Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Həccdə olan zəvvarlar çox rahatdırlar: “Bütün ziyarətlərini uğurla davam etdirirlər. Həmişə zəvvarlarımız arasında müəyyən çətinliklər və ya səhhət problemləri olurdu. Bu dəfə isə ciddi narahatlıq yaşanmadı. Şükürlər olsun […]

Azərbaycanda Qurban bayramı qeyd edilir

Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur.Qurban bayramı bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır. Bu il müvafiq tarix miladi təqvimlə mayın 27-nə təsadüf edir. Bu gün ölkənin bütün məscidlərində bayram namazı qılınacaq. Bayram namazı Bakıda Əjdərbəy məscidində saat 08.00, Təzəpir məscidində isə 09.00-a […]

Emmanuel Makron İlham Əliyevi təbrik edib

Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.Məktubda deyilir: “Cənab Prezident, əziz İlham. Fransa Respublikasının Prezidenti Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə və Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram. Ötən il oktyabrın 2-də Kopenhagendə görüşümüzdən və bu il mayın 21-də son telefon danışığımızdan sonra, – istər regional […]

Tbilisinin simvolik abidələri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılacaq

Tbilisinin simvolik abidələri mayın 28-də Müstəqillik Günü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılacaq. Tbilisidə işıq şousu təşkil olunacaq. Şəhərin iki tanınmış memarlıq simvolu – Tbilisi televiziya qülləsi və Kür çayı üzərində yerləşən “Sülh körpüsü” mavi, qırmızı və yaşıl rənglərlə işıqlandırılacaq.

Məmmədli kəndində heyvan bazarı fəaliyyətə başlayıb

Abşeron rayonunun Məmmədli kəndində yerləşən heyvan bazarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, bazarın giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə […]

Prezident maliyyə inklüzivliyinin genişləndirilməsinə dair yeni Dövlət Proqramını təsdiqləyib

Azərbaycanda maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib.Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla Mərkəzi Banka Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirmək, görülən işlər, o cümlədən nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat vermək tövsiyə edilib. […]

Prezident bir sıra məhkəmələrə sədr təyin edib

Prezident İlham Əliyev bir sıra məhkəmələrə sədr təyin edilməsi ilə bağlı Sərəncam imzalayıb.Dövlət başçısının imzaladığı sənəddə deyilir:Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə uyğun olaraq,apellyasiya məhkəmələri üzrə:1.1. aşağıdakı hakimlər apellyasiya […]