Çin Sədri Si Cinpinin xüsusi nümayəndəsi, Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və Çin Dövlət Şurasının Baş nazirin müavini Çjan Qotsin Azərbaycana səfər edəcək. Bu barədə Çin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər 17-18 may tarixlərində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) Liderlər Sammitində iştirak etmək üçün […]
BŞTİ-nin tabeliyində 5 Psixoloji-tibbi-pedaqoji komissiya fəaliyyət göstərir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 5 Psixoloji-tibbi-pedaqoji komissiya fəaliyyət göstərir. Bu barədə İdarədən məlumat verilib. Bildirilib ki, Psixoloji-tibbi-pedaqoji komissiyalar sağlamlıq imkanları məhdud uşaqlarda fiziki çatışmazlıqların, əqli və (və ya) psixi ləngimələrin diaqnostikasını aparır, bunun əsasında uşaqların xüsusi təhsilə cəlb olunması barədə qərar qəbul edir, valideynlərə və ya qanuni nümayəndələrə […]
Kiyevdə dağıntılar altından 24 nəfərin meyiti çıxarıldı
[center][img]https://azadmedia.az/uploads/posts/2026-05/1778828386_screenshot-2026-05-15-105610.png[/img][/center]Kiyevin Darnitski rayonunda Rusiya ordusunun zərbəsi nəticəsində vurulan yaşayış binasının dağıntıları altından 24 nəfərin meyiti çıxarılıb. Bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb. Bildirilib ki, axtarış-xilasetmə əməliyyatı 28 saatdan çox davam edib. “Hazırda 24 nəfərin öldüyü təsdiqlənib, onlardan 3-ü uşaqdır. Daha 48 nəfər yaralanıb”, — məlumatda qeyd olunub.
Yol polisindən sürücülərə XƏBƏRDARLIQ
Ölkəmizin füsünkar bölgələrinə səfərlər zamanı bir sıra hallarda sərt döngəli, enişli-yoxuşlu yollar qət etməli oluruq. Dağlıq relyef üçün xarakterik olan enişli-yoxuşlu, kiçik radiuslu və ya məhdud görüntülü döngəli yol sahələrində isə hər bir sürücünün köməyinə ilk növbədə yol nişanları gəlir. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. “Xüsusilə, […]
Lənkəranın bəzi kəndlərində işıq olmayacaq
Bu gün Lənkəran rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə “Azərişıq” ASC məlumat yayıb. Məlumata görə, Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq “Lənkəran-2” yarımstansiyasından çıxan 10 kV-luq 3 saylı və 35/10 kV-luq “Liman” yarımstansiyasından çıxan 10 kV-luq 5 saylı hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar […]
BİZİM TƏQVİM:15 mayda baş vermiş tarixi hadisələr
1994-cü ildən 15 may tarixi dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Bu aksiya planetimizdə yaşayan bütün insanların diqqətini bir daha ailə problemlərinin həllinə yönəltməyə xidmət edir. Ailənin cəmiyyətin əsas elementi, kiçik demokratiyanın təməli olduğunu nəzərə alaraq, BMT demokratik ideyaları dəstəkləyən, sülh və demokratik millətlər birliyini qurmağa səy göstərən bütün […]
Bakıda sıxlıq müşahidə olunan yollar açıqlanıb
Bakının bəzi yollarında sıxlıq müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində; 4. […]
Azərbaycanda yeni Baş Kollektiv Saziş bağlanılıb
Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) arasında 2026–2028-ci illər üçün Baş Kollektiv Saziş bağlanılıb.Sənədi Baş nazir Əli Əsədov, AHİK-in sədri Sahib Məmmədov və ASK-nın prezidenti Məmməd Musayev imzalayıb. Baş Kollektiv Saziş Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, Beynəlxalq Əmək […]
Azərbaycan BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının iclasında təmsil olunub
Mayın 12-14-də Azərbaycan nümayəndə heyəti Maltada keçirilmiş BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının 72-ci iclasında iştirak edib. Bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb. İclasda davamlı və dayanıqlı turizmin təşviqi məqsədilə 2027-ci ilin “Beynəlxalq Dayanıqlı Turizm İli” elan olunması ilə bağlı fikir mübadiləsi aparılıb. İclas çərçivəsində BMT-Turizmin Baş katibi Şeyxa Nasir […]
Baxış Babayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib
Baxış Abutalıb oğlu Babayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Baxış Babayev Azərbaycanın elektroenergetika sahəsinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.