Azərbaycan Beynəlxalq Əmək Təşkilatının (BƏT) əməyin təhlükəsizliyi və gigiyenasına dair beynəlxalq konvensiyasına qoşulub.Prezident İlham Əliyev bununla bağlı qanunu təsdiqləyib. Qanuna əsasən, 2006-cı il iyunun 15-də Cenevrə şəhərində qəbul edilmiş Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında” 187 nömrəli Konvensiyası təsdiq edilib.
Sosial Tədqiqatlar Mərkəzi Medianın İnkişafı Agentliyinə, Multikulturalizm Mərkəzi isə BMTM-ə birləşdirilir
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxslərin yenidən təşkili haqqında Fərman imzalayıb. Fərmanla aşağıdakı publik hüquqi şəxslər yenidən təşkil edilir: – “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs “Sosial Tədqiqatlar Mərkəzi” publik hüquqi şəxsin ona qoşulması yolu ilə; – “Beynəlxalq […]
Vaşinqton və Tehran savaşla saziş astanasında – iki həftəliyə təxirə salınan müharibə – ŞƏRH
ABŞ İrana möhlət verib. Prezident Donald Tramp “Sülh Şurası”nın ilk iclasında bildirib ki, dünya yaxın 10 gündə İranla bağlı baş verənlərdən xəbər tutacaq. O əlavə edib ki, Tehran nüvə məsələsində sövdələşməyə razılıq verməzsə, çox pis hadisələr olacaq.Belə qeyri-müəyyənlik qlobal miqyasda bir sıra baxımdan narahatlıq yaradıb. Çünki İranla region dövlətləri arasında […]
Yaz Azərbaycana bu tarixdə daxil olacaq
Yaz fəslinin Azərbaycana daxil olması martın 20-si saat 18:45:53-ə təsadüf edəcək. Bu barədə BDU-nun Fizika fakültəsi məlumat yayıb. Bildirilib ki, bu zaman gecə ilə gündüz bərabərləşəcək və Günəş düz şərqdə doğub, qərbdə batacaq. Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində yaz, […]
“mygov”la bağlı təqdim edilən videoçarx izlənmə rekordu qırdı
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təqdim olunan “mygov” platformasının yeni videoçarxı sosial şəbəkələrdə qısa müddətdə böyük maraqla qarşılanıb. Videoçarx cəmi üç gün ərzində 4 milyondan çox baxış toplayaraq izlənmə rekordu qırıb. “mygov ilə sənədlərim hər zaman üstümdədir” yeni çarxın əsas mesajıdır. Videoçarxda vətəndaşların gündəlik həyatında qarşılaşdıqları müxtəlif situasiyalar fonunda […]
Lavrov iranlı həmkarı ilə danışdı
Rusiya və İranın xarici işlər nazirləri Sergey Lavrovla Abbas Araqçı arasında telefon danışığı olub. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Telefon danışığı zamanı tərəflər fevralın 17-də Cenevrədə baş tutan ABŞ-İran təmaslarının nəticələrini nəzərə alaraq İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti müzakirə ediblər. Rusiya İranın qanuni hüquqlarına […]
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
Milli Məclisin növbəti iclasının tarixi məlum olub. Bu barədə parlamentin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova məlumat verib. Milli Məclisin növbəti iclası fevralın 24-də olacaq.
Şənbə günü Bakıda 18 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, mülayim cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Bakıda gecə 4-7° isti, gündüz 14-18° isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunudan […]
Azərbaycanda mülki və inzibati işlər tam elektronlaşdırılacaq
Azərbaycanda mülki və inzibati işlər tam elektronlaşdırılacaq. Bunu Ali Məhkəmənin Mülki Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev Azərbaycan Hakimlərinin II Forumunda deyib. Onun sözlərinə görə, bununla bağlı layihə hazırlanıb, hazırda müvafiq orqanlarla razılaşdırma mərhələsindədir. S.Hacıyev həmçinin bildirib ki, rəqəmsallaşma prosesində bir çox konstitusion tələblər var: “On ildən artıqdır elektron […]
MM Avropa Şurasının “İnsan orqanlarının alverinə qarşı Konvensiya”sını ratifikasiya edib
Milli Məclis Avropa Şurasının “İnsan orqanlarının alverinə qarşı Konvensiya”sını ratifikasiya edib. Konvensiyanın ratifikasiyası haqqında qanun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirə olunub. Qeyd edilib ki, Avropa Şurasının “İnsan orqanlarının alverinə qarşı Konvensiya”sı 25 mart 2015-ci il tarixində Santiaqo-de-Kompostela şəhərində imzalanıb. Konvensiya preambula və 33 maddədən ibarətdir. Konvensiyanın məqsədi insan orqanlarının […]