Azərbaycanın olimpiya çempionu olan cüdoçuları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyevin (100 kq) Fransanın paytaxtı Parisdə keçiriləcək “Böyük Dəbilqə” turnirinə qatılmamasının səbəbi müəyyənləşib. “Report”un əldə etdiyi məlumata görə, bu barədə millinin baş məşqçisi Riçard Trautman qərar qəbul edib. Alman mütəxəssis sözügedən idmançıları ilin ilk “Böyük Dəbilqə” yarışı üçün heyətə […]
Bakıda avtobus zolaqlarında yeni minib-düşmə yerləri yaradılıb
Bakıda avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsini təmin etmək məqsədilə xüsusi yerlərin yaradılması davam etdirilir. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Məlumata görə, növbəti belə yerlər Səbail və Nəsimi rayonları ərazisində təşkil edilib. Belə ki, Üzeyir Hacıbəyli küçəsində (Puşkin küçəsi ilə Azadlıq prospektinin aralığı) və […]
IX siniflərin buraxılış imtahanlarının tarixi AÇIQLANDI
Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı 5, 12 və 26 aprel 2026-cı il tarixlərində keçiriləcək. Bu barədə DİM-dən məlumat verilib. Buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz. İmtahan tarixi İmtahan keçiriləcək şəhər (rayon) Ümumi (9 illik) […]
Azərbaycanda bütün limanlar bağlandı
Azərbaycanda qeyri-sabit hava şəraiti ilə əlaqədar bütün limanlar bağlanıb. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) mətbuat katibi Pərvanə İmanova məlumat verib. “Ölkədə qeyri-sabit hava şəraiti ilə əlaqədar bütün limanlara giriş və çıxış bağlıdır. Yerli və xarici bayraq altında üzən gəmilər lövbər dayanacaqlarına […]
Nərimanov rayonunda qumbara tapılıb
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış […]
BİZİM TƏQVİM: Fevralın 4-də baş vermiş tarixi hadisələr
1994-cü ilin bu günündə Prezident Heydər Əliyev “Azərbaycanın dəniz neft və qaz yataqlarının işlənməsinin sürətləndirilməsi haqqında” Sərəncam imzalayıb.Sərəncamın praktik nəticəsi kimi həmin il sentyabrın 20-də xarici neft şirkətləri ilə ilk saziş – “Əsrin müqaviləsi” adlanan neft kontraktları imzalanıb. Bəs, fevralın 4-də dünyada daha hansı hadisələr baş verib? 1. 4 fevral […]
Əbu-Dabidə İlham Əliyev və Nikol Paşinyan arasında geniş tərkibdə görüş keçirilir
Əbu-Dabidə fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə geniş tərkibdə görüşü keçirilir. Bu barədə “Report”un Əbu-Dabiyə ezam olunmuş əməkdaşı xəbər verir.
Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib
Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Bununla bağlı Mərkəzin əməkdaşları tərəfindən məlumat sürət tablolarında “güclü külək” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə […]
Yunanıstanda 15 yaşdan kiçiklərin sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək
Yunanıstanda tezliklə 15 yaşdan kiçiklərin sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulacaq. Bunu Yunanıstandan olan anonim hökumət rəsmisi “Reuters“ə deyib. Qeyd edək ki, bundan əvvəl İspaniyanın Baş naziri Pedro Sançez ölkəsinin 16 yaşdan aşağı şəxslərə sosial şəbəkə qadağası qoyacağını bildirib.
Volodimir Zelenski: Rusiya şərtləri pozur
Rusiya ABŞ-nin təklif etdiyi şərtləri pozur. Bunu Ukrayna prezidenti Volodimir Zelenski fevralın 3-də Kiyevdə NATO Baş katibi Mark Rütte ilə birgə mətbuat konfransında bildirib. Prezident qeyd edib ki, bir həftəlik enerji infrastrukturuna qarşı atəşkəsi cəmi bir gün sonra pozdu: “Bunun artıq nəticələri olmalıdır. Hamı hava şəraitini görür. Bu qışın ən […]