Volodimir Zelenski: Rusiya şərtləri pozur

Oxunma vaxtı:35 Saniyə

Rusiya ABŞ-nin təklif etdiyi şərtləri pozur.

Bunu Ukrayna prezidenti Volodimir Zelenski fevralın 3-də Kiyevdə NATO Baş katibi Mark Rütte ilə birgə mətbuat konfransında bildirib.

Prezident qeyd edib ki, bir həftəlik enerji infrastrukturuna qarşı atəşkəsi cəmi bir gün sonra pozdu:

“Bunun artıq nəticələri olmalıdır. Hamı hava şəraitini görür. Bu qışın ən çətin günləridir. Məhz infrastruktura, ilk növbədə enerji infrastrukturuna zərbələr vurulur ki, insanları elektrik enerjisi imkanından məhrum etsinlər və məhv etsinlər”.

V.Zelenski bəyan edib ki, bu, Rusiyanın baş verən hər şeyə real münasibətidir.

“Ukrayna bu məsələ ilə bağlı ABŞ ilə əlaqə saxlayır. Ümidvaram ki, tərəfdaşlar bu dəfə kənarda qalmayacaq və bundan sonra ölkənin və onun vətəndaşlarının müdafiəsi üçün vacib dəstəyi göstərəcəklər”-deyə, o, əlavə edib.

Loading

Next Post

Yunanıstanda 15 yaşdan kiçiklərin sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Yunanıstanda tezliklə 15 yaşdan kiçiklərin sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulacaq. Bunu Yunanıstandan olan anonim hökumət rəsmisi “Reuters“ə deyib. Qeyd edək ki, bundan əvvəl İspaniyanın Baş naziri Pedro Sançez ölkəsinin 16 yaşdan aşağı şəxslərə sosial şəbəkə qadağası qoyacağını bildirib.