XİN: Sülh sazişi üçün Ermənistan konstitusiyasının dəyişməsi və TRIPP üzrə öhdəliklərin tam icrası mütləqdir

Paraflanmış sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasının dəyişməsi və TRIPP layihəsi üzrə öhdəliklərin tam icrası mütləqdir. Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabatı təqdim edərkən danışıb. O qeyd edib ki, tərəflər arasında birbaşa təmaslar olub: “Etimad quruculuğu istiqamətində vətəndaş cəmiyyəti nümayəndələri arasında hər iki […]

Azərbaycanda üç nəfər sənədlərin saxtalaşdırılmasına görə futboldan uzaqlaşdırılıb

Azərbaycanda üç nəfər müxtəlif müddətlərdə futboldan uzaqlaşdırılıb. Bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb. Region Liqasında iştirak edən “Naxçıvan” klubunun baş məşqçisi İsmayıl Hüseynzadə tərəfindən lisenziyaların alınması üçün təqdim olunmuş sənədlər saxtalaşdırıldığına görə onun 3 (üç) il ərzində futbola aid istənilən fəaliyyətdə iştirak etməsinə qadağa qoyulub. Eyni turnirdəki “Çinar-Zəngilan”ın idman […]

Biləsuvarda yaşayış binasında mənzil yanaraq kül olub

Biləsuvar rayonunda yanğın hadisəsi baş verib. Hadisə şəhərin PMK adlanan yaşayış massivində qeydə alınıb. İkimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən Xatirə Əliyevaya məxsuz ümumi sahəsi 35 kvadratmetr olan 2 otaqlı mənzildə qəfil yanğın başlayıb. Hadisə yerinə Biləsuvar rayon Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub, yanğın söndürülüb. Buna […]

Bakıda mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Dekabrın 27-i saat 00:00-dan etibarən Bakının Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq “Koroğlu” metro stansiyasına qədər Əhməd Rəcəbli küçəsindən Fətəli Xan Xoyski küçəsinə qədər olan hissədə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Məlumata görə, nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılması yeni avtomobil yolunun […]

Parlamentdə uşaqların virtual asılılığının azaldılmasına dair dinləmə keçirilməsi təklif olunub

Hüququ tənzimləmə yolu ilə uşaqların virtual asılılığının azaldılmasıyla bağlı parlamentdə dinləmə keçirilməsi təklif olunub. Belə təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov çıxış edib. Deputat deyib ki, bir sıra dünya ölkələri uşaq və yeniyetmələrin virtual asılılığının, rəqəmsal mühitin onların psixologiyasına mənfi təsirinin aradan qaldırılması ilə bağlı müxtəlif […]

Ərdoğan COP31-ə prezident təyin edib

Gələn il Türkiyədə keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) Prezident təyin olunub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarı ilə ölkənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum COP31-in Prezidenti təyin edilib. Qeyd edək ki, COP31 konfransı 2026-cı ilin 9–20 noyabr […]

Zaqatalaya 10 sm qar yağdı, 10 dərəcə şaxta var – FAKTİKİ HAVA

Dekabrın 26-sı saat 9:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisində arabir yağıntılı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə yağıntılar intensiv xarakterlidir, dağlıq və dağətəyi rayonlarda qar yağır. Yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 10, Kəlbəcər, Laçın, Qubadlıda 7, Daşkəsən, Qusarda (Laza) 5, Göygöldə 4, Xaltan, […]

Deputatlar yenidən toplaşır – Gündəlikdə 9 məsələ var

Bu gün Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçiriləcək. İclasın gündəliyinə 9 məsələ daxil edilib. Həmin məsələr aşağıdakılardır: 1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının  Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, […]

AZAL təyyarəsinin zədələnməsi döyüş başlığının dağıdıcı elementləri səbəbindən baş verib – ARALIQ HESABAT

AZAL-ın sərnişin təyyarəsinin zədələnməsi döyüş başlığının dağıdıcı elementləri səbəbindən baş verib, lakin onların mənşəyi müəyyən edilə bilməyib. Bu, Qazaxıstan Nəqliyyat Nazirliyinin AZAL şirkətinə məxsus Embraer 190 4K-AZ65 təyyarəsi qəzasını araşdıran komissiyanın aralıq hesabatında yer alıb. Hesabatda, həmçinin təyyarənin 2 saylı hidravlik sistem borusunun zədələnməsinin sərt obyektlərlə təmas nəticəsində baş verə […]