İlham Əliyev “Qarabağ”ı belə TƏBRİK ETDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında “Qarabağ” futbol klubunun qələbəsi ilə bağlı paylaşım edib.Paylaşımda deyilir: “Azərbaycanın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanaraq futbol tariximizdə yeni bir səhifə yazdı!“Qarabağ” klubunun bütün komanda heyətini və azarkeşləri təbrik edirəm!”

Fransanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb

Xarici işlər naziri Ceyhun Bayramov Fransanın Azərbaycandakı səfiri Ann Buayonu ölkədəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. Bu barədə Azərbaycan XİN məlumat yayıb. Görüşdə Azərbaycan-Fransa münasibətləri, habelə regional və beynəlxalq məsələlər əsas müzakirə mövzuları olub. Nazir Ceyhun Bayramov səfir Ann Buayonun ölkəmiz üçün tarixi və əlamətdar bir dönəmdə Fransanın […]

Şamaxıda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub

Şamaxıda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub. Bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib. Bildirilib ki, avqustun 27-də Şamaxı rayonunun Muğanlı kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib. Araşdırmalarla yanğının rayon sakini Mirağa Kazımov tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində biçilmiş əkin sahəsi və […]

Aİ Trampın avtomobillər və mallar üzrə tariflərin azaldılması tələbi ilə razılaşacaq

Avropa Komissiyası ABŞ-nin tariflərin, xüsusilə avtomobillər və kənd təsərrüfatı məhsulları üzrə təklifini bu həftə irəli sürəcək. Bu barədə “Bloomberg” məlumat yayıb. Bu addım ABŞ Prezidenti Donald Trampla ticarət dair yeni gərginliklərdən yayınmağa kömək etmək məqsədi daşıyır. Nəşrin mənbələri bildiriblər ki, Avropa İttifaqı (Aİ) adından ticarət məsələləri ilə məşğul olan Avropa […]

Sumqayıtda çörək sexi yanır

Sumqayıt şəhərində çörək sexində yanğın hadisəsi qeydə alınıb. Hadisə “Stansiya Sumqayıt” qəsəbəsi ərazisində baş verib. Yanğınla mübarizə tədbirlərinə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.(Report)

Növbəti köç karvanı Ağdamın Xıdırlı kəndinə çatıb, açarlar təqdim edilib – YENİLƏNİB

Avqustun 27-də yola salınan köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə çatıb. Bu mərhələdə köçürülən 370 nəfərdən ibarət 104 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib. Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər. Prezident […]

İlham Əliyev: Rusiya ilə münasibətlərin korlanmasına görə məsuliyyət Azərbaycanın üzərinə düşmür

Prezident İlham Əliyev Rusiya ilə münasibətlərin korlanmasına görə məsuliyyətin Azərbaycanın üzərinə düşmədiyini bəyan edib. Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Rusiyada azərbaycanlılara qarşı əsassız hücumlardan danışarkən qeyd edib ki, Azərbaycan yalnız konstruktiv və hüquqi şəkildə cavab verir, lakin heç vaxt Azərbaycana qarşı təcavüz əlamətlərinə və təzahürlərinə, yaxud […]

Bağçalara növbəyə yazılma müvəqqəti dayandırılacaq

Sentyabrın 1-dən məktəbəqədər təhsil müəssisələrində qrupların komplektləşdirilməsi məqsədi ilə növbəyə yazılma prosesi müvəqqəti olaraq dayandırılır. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb. Qrupların komplektləşdirməsi prosesi 1-15 sentyabr tarixlərini əhatə edəcək. Komplektləşdirilmə prosesi yekunlaşdıqdan sonra isə uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu il boyu davam […]

İlham Əliyev moldovalı həmkarını Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev moldovalı həmkarı Maya Sanduya təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli xanım Prezident, Moldova Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram. Biz Azərbaycan ilə Moldova arasında ənənəvi dostluq və əməkdaşlıq əlaqələrinin […]