Beynəlxalq cəmiyyət Azərbaycanın azad edilmiş torpaqlarının bərpası prosesində fəal iştirak etməlidir – Ekspert

Beynəlxalq cəmiyyət Azərbaycanın azad edilmiş torpaqlarının bərpası və reabilitasiyası prosesində fəal iştirak etməlidir. Doğrusöztv.Az-ın məlumatına görə, bunu “SouthFive Strategies” Amerika-İsrail təşkilatının prezidenti Ceyson Epşteyn deyib. C.Epşteyn qeyd edib ki, ümumiyyətlə, azad edilmiş torpaqların bərpası və reabilitasiyası çox vacibdir. Artıq koronavirusun (COVİD-19) geri çəkilməyə başladığı üçün bu məsələlərdə irəliləmək üçün imkan […]

Azərbaycanın azad edilmiş ərazilərində yenidən sülhün hökm sürməsi sevindirici haldır – Macarıstanın dövlət katibi

Dağlıq Qarabağ münaqişəsi zamanı nə qədər mülki vətəndaşın öldüyünü görmək çox təəssüf doğurur, bu səbəbdən münaqişənin artıq sona çatması sevindiricid haldır. Doğrusöztv.Az-ın məlumatına görə, bunu Ağdama səfər zamanı Macarıstanın təhlükəsizlik siyasəti üzrə dövlət katibi Peter Sztaray deyib. Onun sözlərinə görə, Macarıstanın Azərbaycanla çox yaxın münasibətləri var, ölkələr arasında strateji əməkdaşlıq […]

Prezident İlham Əliyev Türk Şurasında vacib birləşdirici rol oynayır – Bağdad Amreyev (ÖZƏL) (VİDEO)

Azərbaycan ənənəvi olaraq türkdilli ölkələr arasında əməkdaşlığın möhkəmlənməsində böyük rol oynayır. Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) baş katibi Bağdad Amreyev deyib. Onun sözlərinə görə, Türk Şurası Azərbaycan torpağı Naxçıvanda yaradılıb və Türk Şurası müqaviləsi Naxçıvan sazişi adlanır: “Türk Şurasının fəaliyyətinin ilk günlərindən Azərbaycan diqqət […]

Müdafiə naziri Türkiyənin Azərbaycanda diplomatik fəaliyyəti başa çatan səfiri ilə görüşüb

Aprelin 9-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Azərbaycanda diplomatik fəaliyyəti başa çatan fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb. Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu, bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi və ölkələrimiz üçün faydalı […]

Sahil Babayev 90 min insanın pensiyasını LƏĞV ETDİ

Əlillik müddətinin uzadılması ilə bağlı kifayət qədər saxtakarlıqlar aşkarlanıb və  ləğv edilib. Unikal.org xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. O bildirib ki, ötən illər ərzində bu istiqamətdə kifayət qədər işlər görülüb: “Araşdırmalar aparılan dövrdə 17 mindən çox saxta əlillik, 90 minə yaxın pensiya işi […]

Prezidentin general rütbəsi verdiyi şəxs bu nazirin BACANAĞIDIR

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Tibb xidməti polkovniki Elxan Paşa oğlu İbrahimova “tibb xidməti general-mayoru” ali hərbi rütbəsi verilməsi barədə sərəncam imzalayıb. Unikal.org-un əldə etdiyi məlumata görə, Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini vəzifəsində çalışan Elxan İbrahimov Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun bacanağıdır.

BİR DAHA HÜQUQUN ÖZÜNÜ TƏNZİMETMƏ FUNKSİYASI BARƏDƏ

Ülfan Əhmədov: Əməliyyat-axtarış fəaliyyəti zamanı hansısa şəxsin (şəxslərin) hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırlması digər şəxslərin, bütünlüklə сəmiyyətin сinayətkar qəsdlərdən müdafiəsi məqsədilə edilir” Əməliyyat-axtarış fəaliyyəti hüquqi fəaliyyətin bir növü olmaqla, insanların, cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən müdafiəsinə, həmcinin əməliyyat-axtarış orqanlarının üzərinə qoyulmuş müəyyən vəzifələrin həllinə yönəlmişdir. Əməliyyat-axtarış fəaliyyəti çox vaxt qeyri aşkar metodlar, […]

“Hippokrat andını unutmusunuzsa, barı Fatihə surəsini öyrənin” – Morqdan bedtər xəstəxanalar

Hakim Yeni Azərbaycan Partiyasının qurucularından biri, təşkilatın Siyasi Şurasının üzvü Musa Musayev Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) bəzi səlahiyyətlərinin Səhiyyə Nazirliyinə qaytarılmasına münasibət bildirərkən haqlı demişdi ki, “Vətəndaşların ən çox narazılıq etdiyi sahələrdən biri səhiyyədir. Bütün səhiyyə ocaqlarında, o cümlədən özəl klinikalarda müalicə və müayinə baha, keyfiyyət isə aşağıdır. […]

Xaçmaz polisinin “pasport masası” təqdirəlayiq fəaliyyət göstərir

Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə 2019-cu ilin sentyabrından başlanılsa da, bu növ sənədlərlə bağlı bəzi suallar hələ də aktualdır. Tez-tez eşidilən suallardan biri də heç bir yerdə qeydiyyatda olmayan vətəndaşlara yeni nəsil şəxsiyyət vəsiqələrinin necə verilməsi ilə bağlıdır. Bu sualla Xaçmaz Rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqələri Qrupunun […]

Azərbaycan və Türkiyə ordularının birgə əməliyyat-taktiki təlimləri başlayıb (FOTO/VİDEO)

Aprelin 8-də ölkəmizdə Azərbaycan və Türkiyə ordularının əməliyyat-taktiki təlimləri başlayıb. Doğrusöztv.Az-ın məlumatına görə, Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlər Azərbaycan Ordusunun hərbi birliklərinin cavabdehlik zonalarının müxtəlif istiqamətlərində yerləşən ümumqoşun poliqonlarında keçirilir. Təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə ordularının əməliyyat bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi, əməliyyat bölmə komandirlərinin […]