Sədərək Ticarət Mərkəzində fəhlələrin təmir-tikinti işləri apararkən xəsarət almaları barədə

Yanvarın 31-də saat 10 radələrində Qaradağ rayonu ərazisində yerləşən Sədərək Ticarət Mərkəzində fəhlələrin təmir-tikinti işləri apararkən xəsarət almaları barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.      Aparılmış ilkin araşdırmalarla müəyyən edilmişdir ki, Sədərək TM-də üçmərtəbəli mağazada tikinti materiallarını yuxarı qaldıran zaman liftin trosunun qırılaraq səbətin yerə çırpılması nəticəsində orada fəhlə işləyən […]

İşdən çıxarılan nazir müavini DANIŞDI: “Bu, zarafat məsələ deyil”

Xəbər verdiyimiz kimi, Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva vəzifəsindən azad edilib. Unikal.org-a açıqlama verən M.Vəliyeva istefa verməsinin səbəbini açıqlayıb: “Bir müddət öncə vəzifəmdən ayrılmaq qərarını verdim. Bu, zarafat məsələ deyil. Səhhətimdə yaranan problemə görə istefa verdim. Hazırda sağlıq durumum yaxşıdır. Müalicəm davam edir”

Sahibə Qafarova şöbə müdirini işdən çıxardı – Yeni təyinat

Milli Məclisin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri işdən çıxarılıb. Doğrusöztv.Az report-a istinadən xəbər verir ki, bununla bağlı Milli Məclisin sədri Sahibə Qafarova müvafiq əmr imzalayıb. Əmrə əsasən, İlqar Fərzəliyev vəzifəsindən azad edilərək təqaüdə göndərilib. S.Qafarovanın digər əmri ilə isə Fərid Famil oğlu Hacıyev həmin şöbəyə müdir təyin edilib.

Biz daha çox yaxınımızı COVİD-19-a görə itirməməkdən ötəri vaksin vurdurmalıyıq – Mütəxəssisdən çağırış

Çox sevindirici haldır ki, bir çox ölkələrlə yanaşı, Azərbaycanda da vaksinasiya prosesinə başlanılıb. Dövlət bu məsələdə öz üzərinə düşən öhdəliyi yerinə yetirərək vaksinlərin ölkəyə vaxtında gətirilməsini təmin edib. İndi başlıca məsələ əhalinin öz məsuliyyötini dərk edərək vaksinasiya prosesinə ciddi yanaşması və prosesdə aktiv iştirak etməsidir. Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə […]

Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması Azərbaycanın prinsipial siyasətinin nəticəsidir – Politoloq

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması 10 noyabr 2020-ci il tarixində Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidenti arasında imzalanmış bəyanatın bir hissəsidir. Bu zaman kəsiyində Ağdam rayonunda Mərkəzin yaradılması istiqamətində aidiyyatı qurumlar ilə koordinasiyalı iş qurulmuş və nəhayət bu məsələ öz müsbət həllini tapmışdır. Doğrusöztv.Az bildirir ki, bunu […]

“Azərsu” abonentlərə müraciət edib

“Tarif şurasının məlum qərarı ilə əlaqədar hazırda smart kartlara 10 manat yükləmə etmək mümkündür”. Doğrusöztv.Az bildirir ki, bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib: “Hörmətli smart kart tipli sayğaclardan istifadə edən abonentlər! Tarif şurasının məlum qərarı ilə əlaqədar hazırda smart kartlara 10 manat yükləmə etmək mümkündür. […]

Atəşkəsə nəzarət üzrə birgə mərkəz xüsusi əhəmiyyət kəsb edir – Zakir Həsənov

Sentyabrın 27-də Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qarşısını alaraq əks-hücum əməliyyatına başlayıb. Doğrusöztv.Az-ın məlumatına görə, bunu Ağdam rayonunda Türkiyə-Rusiya birgə Monitorinq Mərkəzin açılışı zamanı Müdafiə naziri, general polkovnik Zakir Həsənov deyib. O bildirib ki, Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün davam edən müharibə Azərbaycan Respublikasının tam qələbəsi […]

Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub

Yanvarın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. Doğrusöztv.Az bildirir ki, Prezidentin Mətbuat Xidmətindən verilən məlumata görə, dövlətimizin başçısı Ağdam rayonunda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı ilə bağlı Türkiyə Prezidentini təbrik edib. Türkiyə Prezidenti təbrikə görə minnətdarlığını bildirib. Dövlət başçıları bu Mərkəzin […]

Birgə Monitorinq Mərkəzi atəşkəsə nəzarət üçün pilotsuz uçuş aparatlarından istifadə edəcək – Rusiya MN

Ağdam rayonunda fəaliyyətə başlamış Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi atəşkəsə nəzarət üçün pilotsuz uçuş aparatlarından istifadə edəcək. Doğrusöztv.Az-ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir. Qeyd olunub ki, mərkəz atəşkəs rejiminə əməl olunması, eləcə də tərəflər arasında əldə olunan razılaşmaları pozan fəaliyyətlər barədə məlumatların toplanması və yoxlanışını həyata keçirəcək: […]