Milli Məclisin sədri Rusiyaya işgüzar səfərə gedib

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının (MDB PA) Şura iclası və 60-cı plenar iclasında iştirak etmək məqsədilə Rusiya Federasiyasına işgüzar səfərə gedib. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi yayıb. Sankt-Peterburq şəhərinin “Pulkovo 3” hava limanında […]

Azərbaycan MN rəhbərliyi “EFES – 2026” təlimində iştirak etmək üçün Türkiyəyə gedib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov, müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə və nazirliyin digər vəzifəli şəxsləri “EFES – 2026” çoxmillətli birgə müştərək təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak etmək üçün Türkiyəyə işgüzar […]

Azərbaycanda informasiya və rabitə sektorunun gəlirləri 1,3 mlrd. manata yaxınlaşıb

Bu ilin yanvar – aprel ayları ərzində ölkə üzrə ən yüksək artım informasiya və rabitə sahəsində qeydə alınıb. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib. Bildirilib ki, aprel ayının sonuna olan məlumata əsasən, informasiya və rabitə sektorunun ÜDM-də payı 2,1%-ə, qeyri-neft/qaz ÜDM-də payı isə 3%-ə yüksəlib. Sahə üzrə […]

Şagirdlərin elektron yerdəyişməsi müvəqqəti dayandırılacaq

26 may saat 18:00-dan etibarən 2025-2026-cı tədris ilinin ikinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti dayandırılacaq. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, 5 iyun 2026-cı il saat 15:00-a qədər təsdiqlənmiş sorğular üzrə tələb olunan müvafiq sənədlər ümumi təhsil müəssisələrinə təqdim edilməlidir. Göstərilən […]

SEPAH ABŞ-ı Yaxın Şərqdən kənarda zərbələrlə hədələyib

İrana qarşı hərbi hücumun yenidən baş verəcəyi təqdirdə, müharibə bu dəfə regiondan kənara çıxacaq. Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayıb. SEPAH-ın bəyanatında İsrail və ABŞ-ın son təhdidlərinə toxunulub. Bildirilib ki, dünyanın ən bahalı orduları hesab edilən iki ordunun bütün imkanları ilə İrana hücum etmələrinə baxmayaraq, Tehran SEPAH-ın […]

Magistraturaya qəbul imtahanının nəticələri elan olunub

Ali təhsil müəssisələrinin magistraturalarına 17 may 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqları (95 tapşırıq) üzrə nəticələr elan edilib.Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, imtahan nəticələri ilə buradan tanış ola bilərsiniz. Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, […]

Ölkə üzrə mayın pensiya ödənişləri yekunlaşdırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə may ayının pensiya ödənişləri yekunlaşdırılıb. Bu barədə Nazirlikdən məlumat verilib. Bildirilib ki, mayın 14-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda, habelə Naxçıvan Muxtar Respublikasında, bu gün isə ölkəmizin bölgələrində qeydiyyatda olan şəxslərin may ayı üzrə pensiyaları, […]

“Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin əməkdaşları “Tərəqqi” medalı ilə təltif ediliblər

Azərbaycan Prezidenti İlham Əliyev Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.Dövlət başçısının imzaladığı sənədə əsasən, Azərbaycan metrologiya sahəsinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə aşağıdakı şəxslər təltif ediliblər: Bayramov Elnur Üzeyir oğlu Bayramov […]

Sabah Bakıda hava yağmursuz olacaq

Bakıda və Abşeron yarımadasında mayın 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə […]

Xüsusi nümayəndə: “Qarabağda məskunlaşma iqtisadi inkişaf və güzəştli stimullarla dəstəklənir”

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məskunlaşma iqtisadi inkişaf və güzəştli stimullarla dəstəklənir. Bunu Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş “Azərbaycanda Ağıllı və Davamlı Şəhər Layihələri” tədbirində bildirib. “Yenidən məskunlaşma, əlbəttə ki, iqtisadi inkişaf, eləcə də […]