Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq

Bakıda və Abşeron yarımadasında mayın 3-də gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkədə hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-17° […]

SOCAR ABŞ şirkəti ilə “yaşıl enerji” keçidində əməkdaşlıq edə bilər

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və ABŞ-nin “Apollo Global Management, Inc.” şirkəti arasında “midstream”, “yaşıl enerji” keçidi istiqamətlərində əməkdaşlıq imkanları nəzərdən keçirilib. Bu barədə müzakirələr bu gün “Bakı Enerji Həftəsi” çərçivəsində şirkətin prezidenti Rövşən Nəcəf ilə “Apollo Global Management, Inc.”in idarəedici direktoru Conatan Bar arasında görüşdə aparılıb. Görüşdə “Bakı Enerji […]

Azərbaycan lideri İtaliya Prezidentini təbrik edib

Prezident İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellaya təbrik məktubu ünvanlayıb.Məktubda deyilir: “Hörmətli cənab Prezident, Əlamətdar tarix – İtaliya Respublikasının yaranmasının 80-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda dost xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən məmnunluq duyuram. İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır. Şadam […]

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

İyunun 1-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 tapança, 1 qumbara, 2 tüfəng, 1 patron darağı və 7 ədəd patron aşkar edərək götürüblər. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik […]

Keniya Ali Məhkəməsinin nümayəndə heyəti Qarabağa səfər edib

Azərbaycanda səfərdə olan Keniya Respublikası Ali Məhkəməsinin sədri Martha Koomenin rəhbərlik etdiyi nümayəndə heyətinin Qarabağ bölgəsinə səfəri təşkil olunub. Ali Məhkəmədən verilən xəbərə görə, nümayəndə heyəti əvvəlcə Şuşa şəhərində olub. Qonaqlar Azərbaycanın mədəniyyət paytaxtının tarixi və memarlıq abidələri ilə tanış olublar. Səfər çərçivəsində nümayəndə heyəti dahi Azərbaycan şairi və ictimai […]

Qabiliyyət imtahanlarına qeydiyyat başa çatır

2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin (V ixtisas qrupu) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə qeydiyyat prosesi bu gün saat 23:59-da başa çatacaq. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, abituriyentlər ali və orta ixtisas […]

Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

Azərbaycanın Baş nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti Belarus Respublikasına səfərə gəlib. “Report”un Minskə ezam olunmuş əməkdaşı xəbər verir ki, nümayəndə heyətini Minsk Milli Hava Limanında Belarus rəsmiləri, eləcə də Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyev qarşılayıblar. Səfərin ilk günü çərçivəsində nümayəndə heyəti Minskdə fəaliyyət göstərən […]

BİZİM TƏQVİM:2 iyunda baş vermiş tarixi hadisələr

2 iyun 1938-ci ildə Azərbaycanda ilk mülki aviasiya dəstəsi təşkil olunub. Bakıda ilk aviasiya məktəbi 1915-ci ildə yaradılmış, 1923-cü ildə Bakı-Tbilisi marşrutu ilə ilk mülki aviasiya xətti açılmış, 1933-cü ildə Binədə ilk hava limanı istifadəyə verilmişdi. 1938-ci ildə ilk mülki aviasiya dəstəsi uçuşlara başladı. Prezident İlham Əliyevin 2006-cı il 18 […]

Bakıda 20 istiqamətdə tıxac müşahidə olunur

Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində; 3. Tbilisi prospekti, İzmir küçəsi ilə […]

Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib

Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisi Kaleb Orrla bugünkü görüşü zamanı ona daha əvvəl ABŞ Prezidenti Donald Trampdan aldığı xatirə hədiyyəsini göstərib. Bu, Azadlığa Dəstək Aktına 907-ci düzəlişin qüvvədən düşməsinə dair memorandumdur. ABŞ Prezidenti tərəfindən imzalanmış xatirə nüsxəsində Azərbaycan rəhbərinə ünvanlanmış səmimi mesaj yer alır.