Küveyt Beynəlxalq Hava Limanı PUA hücumlarından sonra fəaliyyətini dayandırıb

İran pilotsuz uçuş aparatlarının (PUA) hücumlarından Küveyt Beynəlxalq Hava Limanının fəaliyyəti sonra dayandırılıb. Bu barədə Küveytin KUNA agentliyi məlumat yayıb. Bununla əlaqədar olaraq, zəruri prosedurlar başa çatana qədər reyslər alternativ hava limanlarına yönləndirilib: “Texniki qruplar obyektlərə və istismar sistemlərinə dəymiş ziyanı nəzərdən keçirməyə başlayıblar”. Daha əvvəl Küveyt Silahlı Qüvvələrinin Quru […]

Azərbaycan neftinin qiyməti 102 dollardan aşağı düşüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,9 ABŞ dolları və ya 2,77 % azalaraq 101,68 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 97,48 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır

İyunun 3-dən 2026-2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib. Qeyd olunub ki, müsabiqədə iştirak etmək istəyən şəxslər “Digital Login” əldə etdikdən sonra iyunun 3-ü saat 11:00-dan www.miq.edu.az saytına daxil […]

ABŞ və İran qarşılıqlı zərbələr endiriblər

ABŞ ordusu İran tərəfindən buraxılan raket və pilotsuz uçuş aparatlarını ələ keçirdikdən sonra Qeşm adasında yerüstü idarəetmə mərkəzinə zərbələr endirib. Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. “ABŞ ordusu iyunun 2-də Yaxın Şərqdə İranın hücumlarına cavab olaraq özünümüdafiə məqsədilə bir neçə ballistik raketi, eləcə də dronları uğurla vurub”, – […]

SEPAH: Sutka ərzində Hörmüzdən 24 gəmi keçib

Son sutka ərzində Hörmüz boğazından 24 gəmi keçib. Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin mətbuat xidmətinin məlumatında deyilir. “Son 24 saat ərzində 24 gəmi SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin koordinasiyası və təhlükəsizliyi təmin etməsi ilə icazə alaraq Hörmüz boğazından keçib”, – məlumatda bildirilib.

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasının tarixi və gündəliyi açıqlanıb

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası iyunun 5-də keçiriləcək. İclasın gündəliyinə 8 məsələnin müzakirəsi daxil edilib. Həmin məsələlər aşağıdakılardır: 1. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 2. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il […]

Avropanın sərtləşdirdiyi miqrant siyasəti – Aİ təhlükəsizliyi ilə dəyərləri gündəlikdə – ŞƏRH

Miqrant siyasətini sərtləşdirən Avropa İttifaqı bu sahədə yeni reqlamentin müzakirəsində kompromis əldə edib. Məlumata görə, Avropa Parlamenti, Avropa Komissiyası və Aİ ölkələrinin nümayəndələri İttifaq ərazisində sığınacaq verilməyən, ancaq vətənlərinə göndərilə bilməyən miqrantların deportasiyasını sadələşdirən yeni qaydalarla bağlı ilkin razılığa gəliblər. Bundan sonra həmin şəxslər üçün üçüncü ölkələrdə qalma mərkəzləri yaradılacaq.Məsələ […]

Yol polisi: Küləkli havada avtomobillərin qapalı məkanlarda park olunması tövsiyə olunur

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) küləkli hava ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.Bu barədə BDYPİ məlumat yayıb. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən bu gün Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. BDYPİ intensiv yağışlardan sonra […]

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb – FƏRMAN

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin əsasında Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Milli Kibertəhlükəsizlik Agentliyi” publik hüquqi şəxs yaradılıb.Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmanla müəyyən edilib ki, Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sahəsində tənzimləmənin və nəzarətin (kritik informasiya infrastrukturlarına, dövlət […]

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Denis Beçiroviç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Zati-aliləri. Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından və şəxsən öz adımdan Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi və ölkənizin davamlı tərəqqisi ilə bağlı ən xoş arzularımı çatdırıram. Fürsətdən istifadə edərək Bosniya və […]