Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. Mehriban Əliyeva bununla bağlı öz instaqram hesabında paylaşım edib. Paylaşımda deyilir: “Əziz bacılar və qardaşlar! Sizin hamınızı Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hər birinizə möhkəm cansağlığı, xoş duyğular, gözəl əhval-ruhiyyə, səadət və uzun ömür arzulayıram! Üzünüzdən təbəssüm heç […]
Azərbaycanda Novruz bayramıdır
Azərbaycanda Novruz bayramı qeyd edilir. Novruzun qeyd edilməsi yeni ilin, yazın ilk gününün qarşılanması anlamına gəlir. Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-də) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı […]
Düşmən Zəngilanda mövqelərimizi atəşə tutdu – YARALIMIZ VAR
Mart ayının 20-də saat 02:50-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin bölmələri, Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Zəngilan rayonunun Ağbaşyurd yüksəkliyində yerləşən mövqelərini atəşə tutub. Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Təxribat nəticəsində DSX-nin […]
Azərbaycan Prezidentindən Novruz bayramı ilə bağlı paylaşım – FOTO
Azərbaycan Prezidenti İlham Əliyev sosial media hesabında Novruz bayramı ilə bağlı paylaşım edib. Paylaşımı təqdim edirik
Günün fotosu…
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızları Arzu Əliyeva Tərtərin Talış kəndində sakinlərlə görüşüb söhbət ediblər.Sakinlərlə görüşdə təsirli fotolar lentə alınıb. Həmin fotoları təqdim edirik:
İlham Əliyev və ailəsi Novruz tonqalını alovlandırdı – Fotolar
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva martın 18-də Tərtər rayonunun Talış kəndində görülən işlərlə tanış olublar. Dövlətimizin başçısı və birinci xanım əvvəlcə Talış kəndində Xatirə daşına baxış keçiriblər. Dövlət başçısı Talış kəndində görülən işlərlə tanış olub, Novruz tonqalını alovlandırıb və Azərbaycan […]
“Bütün dünya sizinlə bacara bilmədi” – Sakindən İlham Əliyevə
“Allaha şükür burada çox gözəl həyat olacaq. Siz çoxuna layiqsiniz, 30 il əziyyət çəkdiniz orada-burada, yataqxanalarda, çadırlarda. İndi bax belə gözəl şəraitiniz var”. Bunu Prezident İlham Əliyev Tərtər rayonunun Talış kəndinə səfəri zamanı sakinlərlə görüşdə deyib. Sakinlərdən biri isə, – “Allah şəhidlərimizə rəhmət eləsin. Ən çox əziyyəti Siz çəkdiniz, cənab […]
“Borcumuz idi bu torpaqları geri götürmək” – İlham Əliyevin sakinlərlə səmimi söhbəti
Bu gün Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Tərtərin Talış kəndində Klub icma mərkəzində yaradılan şəraitlə tanış olub, kənd sakinləri ilə görüşüb söhbət ediblər. Prezident, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Klub icma mərkəzində yaradılan şəraitlə maraqlanıblar. Dövlət başçısı və birinci xanım Talış […]
Suqovuşanda yeni yaşayış məhəlləsinin təməli qoyuldu
Martın 18-də Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Suqovuşan qəsəbəsində inşa olunacaq yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak ediblər. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına məhəllə barədə məlumat verib. […]
Ərdoğan yağışda islanan jurnalistə ayaqqabı hədiyyə etdi – Video
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Finlandiya Prezidenti Sauli Niinisto ilə paytaxt Ankarada görüşü zamanı maraqlı anlar yaşanıb. Dogrusoztv.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, mərasimdə islanan fin jurnalistlərdən biri Prezident Ərdoğanın diqqətini çəkib. Ərdoğan şəxsi katibi Həsən Doğana jurnalistə ayaqqabı hədiyyə etməsini deyib. Prezident Ərdoğan mərasimdən sonra jurnalistlə yenidən görüşüb.