Martın 22-si əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin ölümü nəticələnən qəzada yaralanan Xalq artisti Mehriban Zəki hadisədən sonra ilk dəfə paylaşım edib. M.Zəki O.Əliyev haqda xatirələrini bölüşüb: “İlk tanıdığım gündən hər zaman bütün problemlərin həllini tapar, xəstələnəndə belə problem yoxdur keçib gedəcək deyər, insanları yalnız gülərüz görmək istər, hər zaman hamını […]
Ramazanın 3-CÜ GÜNÜ: İlahi, bu gün məni səfehlik və dərrakəsizlikdən uzaqlaşdır
Müqəddəs Ramazan ayının artıq ikinci gününü yaşayırıq. Şeytanın qandallandığı bu ayda insanlar ancaq xeyirə vəsilə olan işlər görməli, cisim və ruhlarında təmizlənmə aparmalıdırlar. Ona görə də ən vacib olan nemətlərdən biri də ağıldır. Sağlam düşüncə də Ramazanın 3-cü günündə bəndənin Allahdan istədiyi nemətlərin başında gəlir. “İlahi, bu gün mənə hüşyarlıq […]
“Qarabağ”-“Qalatasaray” matçına gedəcək azarkeşlərin nəzərinə!
Martın 26-da “Qarabağ” və “Qalatasaray” futbol komandaları arasında keçiriləcək yoldaşlıq oyunu ilə əlaqədar azarkeşlərin daşınması məqsədilə “Qara Qarayev” metrostansiyası və Səməd Vurğun bağını (Dilarə Əliyeva küçəsi) Bakı Olimpiya Stadionu ilə əlaqələndirən X1 və X2 nömrəli ekspres marşrutlar təşkil edilib. Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, ekspres xətt üzrə avtobuslarla […]
İlham Əliyev misirli həmkarı ilə danışdı
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi martın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Əbdülfəttah Əs-Sisi müqəddəs Ramazan ayının başlanması münasibətilə dövlətimizin başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb, Misirin hər iki xalqın maraqları naminə ölkəmizlə məkdaşlığı genişləndirməkdə əzmli olduğunu vurğulayıb. Telefon […]
Azərbaycan XİN Paşinyana CAVAB VERDİ
Sülh sazişinə nail olmaq üçün Ermənistan xoş niyyətlə danışıqlar aparmalıdır. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Ermənistanın baş naziri Nikol Paşinyanın tvitinə cavab olaraq yazıb. “Regionumuzda ərazi bütövlüyü və suverenliyinə hörmət hökm sürməlidir və istənilən eskalasiya beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilməlidir. Beynəlxalq […]
Xankəndi-Laçın yolundakı aksiyanın 103-cü günüdür
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 103 gündür davam edir. Aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib. Həmişə olduğu kimi, etirazçılar bu […]
Ərdoğan TDT-dən danışdı: Başda Azərbaycan olmaqla…
Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan qardaş ölkələrin zəlzələ fəsadlarının aradan qaldırılmasında dəstəyini gördük. bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NTV və STAR TV-yə verdiyi müsahibəsində bildirib. TDT-yə üzv ölkələrin Türkiyəyə bütün güclərini səfərbər edərək köməklik göstərdiyini deyən Türkiyənin dövlət başçısı söyləyib: “Biz TDT ilə artıq bir bədənin üzvləri […]
BMT: “Dünya sakinlərinin dörddə biri içməli sudan məhrumdur”
BMT-nin çərşənbə günü dərc etdiyi hesabata görə, dünya əhalisinin təxminən 26%-i təmiz və təhlükəsiz içməli sudan, 47%-i əsas kanalizasiya xidmətlərindən məhrumdur. Hesabatda deyilir ki, planetin bütün sakinlərinin təmiz su və kanalizasiya ilə təmin olunması üçün hər il 600 milyard dollardan 1 trilyon dollara qədər vəsait ayrılmalıdır. Bildirilir ki, dünya su […]
Azərbaycanda tələbə faciəli şəkildə öldü
Tərtərdə Sumqayıt Dövlət Universitetinin tələbəsi dünyasını dəyişib. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, universitetin Fizika fakültəsinin I kurs tələbəsi Şirinzadə Allahverdi dünən Tərtərdə ehtiyatsızlıqdan dərəyə yuvarlanıb və başından ağır zərbə alaraq dünyasını dəyişib.
“Qarabağ deyəndə anlayanlarla yol gedirik” – Ərdoğan
Biz Ayasofya, Qarabağ deyəndə anlayanlarla bərabər yol gedirik. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli mediaya açıqlamasında deyib. “Birinə Ayasofiya dediyimdə haradan-haraya gəldiyimizi anlayır. Kiməsə Qarabağ dediyimdə anlayan olur. Birinə Qara Dənizdən çıxaracağımız qazı, kiməsə PUA-larımızı dediyimdə gəldiyimiz yolu anlar. Amma bunları hələ də anlamayanlar var” – deyə o bildirib.