Netanyahu: ABŞ və İsrail İranda polad istehsalı obyektlərinin 70 %-ni məhv edib

ABŞ və İsrailin aviazərbələri nəticəsində İranda polad istehsalı obyektlərinin 70 %-i məhv edilib. Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu öz videomüraciətində bildirib. Onun sözlərinə görə, birgə əməliyyatlar nəticəsində İranın ən mühüm infrastrukturuna və ölkənin sənaye bazasına dəfələrlə zərbələr endirilib. “Biz komandirləri öldürürük, körpüləri, infrastruktur obyektlərini bombalayırıq. Bu, İranın İslam […]

Küçə “incəsənət”inin uşaqları və ya mədəni mirasa hücum – ŞƏRH

Bu günlərdə ölkə əhəmiyyətli memarlıq abidəsi olan Nizami Kino Mərkəzinin fasadı kobud müdaxiləyə məruz qalıb.Binanın fasadına boya ilə cızma-qara edilib, eybəcər şəkillər çəkilib. Bir sözlə paytaxt Bakının mərkəzində yerləşən ən gözəl binalardan birinə qarşı vandallıq aktı törədilib. Daxili İşlər Nazirliyi həmin aktı törədən 4 yeniyetmə və gəncin şəxsiyyətini müəyyən edərək […]

Əli Nağıyev: Dünyanın bir çox yerində hərbi qarşıdurmalar regionda əməliyyat şəraitinə ciddi təsir edir

Dünyanın bir çox yerlərində hərbi qarşıdurmaların, mürəkkəb geosiyasi vəziyyətin və iqtisadi təlatümlərin mövcudluğu regionda əməliyyat şəraitinə ciddi təsir edir. Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə keçirilən tədbirdə deyib. Ə.Nağıyev dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında və birbaşa dəstəyi ilə […]

Prezident minatəmizləmədə fərqlənən bir qrup şəxsi medalla təltif edib

Prezident İlham Əliyev ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən bir qrup şəxsin “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Dövlət başçısının imzaladığı sənədə əsasən, aşağıdakı şəxslər təltif ediliblər: Bağırov Ceyhun Əkbər oğlu – polkovnik Daşdəmirov Mehman Qəhrəman oğlu – istefada olan polkovnik Məmmədov Süleyman Abdulla oğlu – […]

İsraildə İranla müharibənin başlanğıcından bəri yaralananların sayı 6,6 minə çatıb

ABŞ-İsrailin İrana qarşı birgə hərbi əməliyyatının başlanmasından bəri İsraildə yaralananların sayı 6 594-ə çatıb. Bu barədə ölkənin Səhiyyə Nazirliyinin sosial şəbəkələrdəki məlumatında bildirilib. Qeyd olunub ki, hazırda İsrail xəstəxanalarında 125 nəfər müalicə alır, onlardan 16-sı ağır vəziyyətdədir. Qurumdan vurğulanıb ki, son 24 saat ərzində ölkədə 148 nəfər yaralanıb. Xatırladaq ki, […]

Nizami Kino Mərkəzinin divarına qrafit çəkən şəxslər saxlanılıblar

Nizami Kino Mərkəzinin divarına qrafit çəkən şəxslər saxlanılıblar. Qrafit tipli təsvirlər çəkən 20 yaşlı A.S, 16 yaşlı L.M, 16 yaşlı Ş.Q və 17 yaşlı M.B-nin valideynlərinin iştirakı ilə aidiyyəti üzrə Polis İdarəsində profilaktik iş aparılır. Binaya dəyən ziyanın məbləğinin müəyyən olunması və hüquqi məsuliyyət tədbirləri istiqamətində araşdırmalar davam etdirilir.

Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsi ödənişli olacaq

Nazirlər Kabineti yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsinin ödənişli avtomobil yolu kimi müəyyən edilməsinə dair tədbirlər haqqında qərar qəbul edib. Qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, ödənişli avtomobil yolunun başlanğıc nöqtəsi: M–6 Hacıqabul–Bəhramtəpə–Mincivan avtomobil yolunun 157-ci kilometri, son nöqtəsi: Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun (Zəfər yolu) 100,5-ci kilometri […]

BİZİM TƏQVİM: 3 apreldə baş vermiş tarixi hadisələr

Bu gün Azərbaycanın görkəmli ictimai və siyasi xadimi Ələkbər Rəfibəylinin xatirə günüdür. 1839-cu ildə Gəncədə doğulan Ələkbər Sankt-Peterburqda Kənd Təsərrüfatı üzrə təhsil aldıqdan sonra geri qayıdıb.  Ələkbər Rəfibəyli erməni terrorçularına qarşı mübarizə məqsədilə yaradılan “Difai” partiyasının Gəncə təşkilatının rəhbərlərindən biri olub. O, 1905-ci ildə bölgədə azərbaycanlılara qarşı soyqırımların qarşısını almaq […]

Bu gün Bakının iki rayonunun bir hissəsində qaz olmayacaq

Bu gün Bakının Binəqədi və Xətai rayonlarının bir hissəsində qaz olmayacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, saat 10:00-dan aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar Binəqədi və Məhəmməd Əmin Rəsulzadə qəsəbələrində, Mədən ərazisində, Baksol yolunda, Binəqədi şosesində, eləcə də Kənd Əhmədli yaşayış sahəsində, […]