Fuat Oktay: Xocalı kimi qətliamları heç vaxt unutmamalıyıq

Sabah Xocalı faciəsinin növbəti ildönümüdür, bu kimi qətliamları heç vaxt unutmaq olmaz. Bunu Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Bakıda jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, vaxtilə türklərə qarşı qətliamlar törədənlərin sonradan dünyada “türklər qətliam törədib” deyə təbliğat aparmaları və bununla bağlı müxtəlif ölkələrin parlamentlərində qərarlar […]

Şagirdlərin elektron yerdəyişməsi başlayıb

2025-2026-ci tədris ilinin ikinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi başlayıb. Yerdəyişmə prosesi məktəbəhazırlıq qrupları, 1-10-cu sinifləri əhatə edir. Yerdəyişmə www.sy.edu.az portalı vasitəsi ilə elektron formada həyata keçirilir. Qeyd edək ki, bu gündən 11-ci siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq. Həmçinin ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını […]

Səbinə Əliyeva: İşğaldan azad olunan ərazilərdə insan ləyaqətinə uyğun həyat şəraiti bərpa edilir

Azad olunmuş torpaqlarda genişmiqyaslı bərpa və inkişaf prosesi start götürüb. Bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib. “Dövlətimiz işğaldan azad edilmiş ərazilərdə geniş əhatəli yenidənqurma və inkişaf prosesinə başlayıb. Bu proses yalnız fiziki infrastrukturun bərpasını deyil, eyni zamanda sosial həyatın və insan yaşayışının yenidən canlandırılmasını özündə […]

Qazaxıstanda “Su-30SM” qırıcısı qəzaya uğrayıb

Qazaxıstanın Karaqanda vilayətində planlı təlim-məşq uçuşlarının icrası zamanı “Su-30SM” qırıcısı qəzaya uğrayıb. Bu barədə Qazaxıstan Müdafiə Nazirliyindən bildirilib. Qəzanın baş verdiyi ərazi mühasirəyə alınıb. Əhali və infrastruktur obyektləri üçün təhlükə qeydə alınmayıb. Hadisənin baş vermə səbəbləri və şəraitinin müəyyən edilməsi üçün Uçuş Təhlükəsizliyi Departamentinin rəisinin başçılığı ilə xüsusi komissiya yaradılıb.

Sabah hava yağmursuz olacaq

Bakıda və Abşeron yarımadasında fevralın 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gündüz bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-10° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə […]

Azərbaycandakı dini konfessiyalar Xocalı soyqırımının ildönümü ilə bağlı birgə bəyanat yayıb

Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar birgə bəyanat yayıblar. Bəyanat Qafqaz Müsəlmanları İdarəsində soyqırımın ildönümü ilə bağlı keçirilən tədbirdə səsləndirilib. Bəyanatı təqdim edirik: “Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı dinc mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş hərbi cinayətlərin ən dəhşətlisidir. Bu qətliamdan bir […]

İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

Bu gün Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev Mərkəzin açılışında iştirak edib. Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına mərkəzdə yaradılmış şərait barədə məlumat verib. Bildirilib ki, bu mərkəzin təməli 1969-cu ildə Lənkəran Texniki Peşə Məktəbi kimi qoyulub. 2018-ci ildə Lerik Peşə Məktəbi və […]

Ombudsmanın 2025-ci il üzrə məruzəsi Milli Məclisə daxil olub

Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2025-ci il üzrə məruzəsi Milli Məclisə daxil olub. İllik məruzə parlamentin İnsan hüquqları komitəsinin fevralın 27-si keçirilməsi nəzərdə tutulan iclasının gündəliyində yer alıb. Qeyd edək ki, illik məruzə, eyni zamanda, Nazirlər Kabinetinə, Konstitusiya Məhkəməsinə, Ali Məhkəməyə və Baş prokurora göndərilib.