Ukrayna ordusu Rusiyadakı neft-kimya kompleksinə hücum edib

DogruSozTv Az

Ukrayna pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Tümen vilayətindəki “ZapSibNeftexim” neft-kimya kompleksinə zərbə endirib. Bu barədə “RBK-Ukrayna” məlumat yayıb. Qeyd olunub ki, əməliyyatı “Deep Strike” bölmələri həyata keçirib. Dronlar hədəfə qədər 2 min km-dən çox məsafə qət edib. Kompleksin ərazisində yanğın və dağıntılar qeydə alınıb.

Şahbuzda avtomobil aşıb, sərnişin ölüb

DogruSozTv Az

Şahbuzda yol qəzası baş verib, ölən var. Hadisə Şahbuz-Batabat magistralında baş verib. Belə ki, “VAZ 21013” markalı avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə maşın yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan Şahbuz sakini, 1950-ci il təvəllüdlü Ə. Cəlilova həyatını itirib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

MİQ üzrə müsabiqənin ümumi vakansiya seçiminə başlanılır

DogruSozTv Az

Avqustun 12-si saat 15:00-dan etibarən müəllimlərin işə qəbulu üzrə (MİQ) müsabiqənin müddətsiz müqavilə ilə ümumi vakansiya seçimi mərhələsinə başlanılır. Bu barədə  Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib. Bildirilib ki, namizədlər elektron ərizə formalarında ən çoxu 8 vakant yer seçmək hüququna malikdirlər. Seçilmiş vakant vəzifələrə yerləşdirilmə namizədin […]

Bolqarıstan XİN başçısı Ukrayna səfiri ilə PUA insidentini müzakirə edib

DogruSozTv Az

Bolqarıstanın xarici işlər naziri Velislava Petrova pilotsuz uçuş aparatının (PUA) Bolqarıstanın hava məkanına daxil olması ilə əlaqədar Ukraynanın bu ölkədəki səfirini Xarici İşlər Nazirliyinə (XİN) dəvət edib. Bu barədə Bolqarıstan XİN-in məlumatında deyilir. “İlkin təhlil göstərir ki, bu, böyük ehtimalla Ukrayna silahlı qüvvələrinin istifadə etdiyi “Mayya” yayındırıcı pilotsuz uçuş aparatıdır. […]

“Şahdəniz Kompressiya” layihəsi üçün avtomatlaşdırma üzrə müqavilə imzalanıb

DogruSozTv Az

“Şahdəniz” konsorsiumu “Şahdəniz Kompressiya” (ŞDK) layihəsi çərçivəsində avtomatlaşdırılmış əməliyyatlar üçün lazım olan sistemlərin təminatı üzrə iri müqavilə imzalanıb. “Report” “Şahdəniz” konsorsiumunun operatoru “BP-Azerbaijan” şirkətinə istinadən xəbər verir ki, müqavilə “Emerson” şirkətinə verilib. Yeni müqavilə ŞDK platformasının məsafədən idarə olunması üçün inteqrasiya olunmuş idarəetmə və təhlükəsizlik sistemlərinin, o cümlədən texnoloji proseslərə […]

Azərbaycan nefti cüzi bahalaşıb

DogruSozTv Az

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,56 ABŞ dolları və ya 0,6 % artaraq 93,93 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 89,19 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]

Sabah yağış yağacaq, güclü külək əsəcək

DogruSozTv Az

Bakıda və Abşeron yarımadasında avqustun 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət […]

Rusiya qoşunları Xarkovu atəşə tutub: 5 nəfər ölüb

DogruSozTv Az

Rusiya Federasiyası Silahlı Qüvvələri avqustun 10-da Ukraynanın Xarkov vilayətinin Çuquyev rayonunun Buqayevka kəndinin yaşayış massivinə kütləvi artilleriya zərbəsi endirib, nəticədə beş nəfər həlak olub. Bu barədə Xarkov vilayət prokurorluğunun mətbuat xidməti teleqram kanalında məlumat yayıb. Məlumata görə, endirilən zərbə nəticəsində yaşayış evləri dağıdılıb.