Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin hədəfləri müzakirə olunub

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin 2025-ci il üzrə fəaliyyətinin yekunları və 2026-cı il üçün hədəfləri müzakirə olunub. Bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “X” hesabında paylaşıb. Qeyd edilib ki, Müşahidə Şurasının iclasında qarşıdakı dövrün prioritet istiqamətləri müəyyənləşdirilib.

Qripə yoluxanların sayı artıb – TƏBİB

Ölkədə hazırda qrip virusunun həddən artıq yayılması müşahidə olunur. Bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bu gün Yeni Klinikada ilk dəfə robotik cərrahi əməliyyatın icra olunmasına dair brifinqdə jurnalistlərin suallarını cavabandırarkən bildirib. Onun sözlərinə görə, qrip ştammı daim dəyişən viruslardandır: “Qripdən ən yaxşı müdafiə vaksinasiyadır. Hazırda təcili yardıma qriplə bağlı […]

Norveç Ukraynaya “NASAMS” HHM sistemləri üçün xeyli sayda raket verib

Norveç hökuməti Ukraynaya hava hücumundan müdafiə (HHM) sistemləri olan “NASAMS” üçün xeyli miqdarda raket tədarük etdiyini açıqlayıb. Bu barədə Norveçin müdafiə naziri Ture Sandvik ukraynalı həmkarı Mixail Fedorovla onlayn görüş zamanı danışıb. Bildirilir ki, bu addım Ukrayna şəhərlərinin Rusiya ordusunun hava zərbələrindən qorunmasını davam etdirmək məqsədi daşıyır. Norveç Müdafiə Nazirliyinin […]

“Azərbaycan və Ermənistan liderləri mənimlə dostdurlar” – Tramp

“Azərbaycan və Ermənistan liderləri mənimlə dostdurlar. Onlar da buradadırlar”. Bunu ABŞ Prezidenti Donald Tramp Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimində çıxışında deyib. Tramp səhnədə onunla birlikdə olan liderlərin hamısını bəyəndiyini söyləyib. “Ermənistan, Azərbaycan. Buradakı liderlərin çoxu sonradan mənim dostlarım oldu”,- deyə o, əlavə edib. ABŞ liderinin həmin çıxışını təqdim […]

Azərbaycanda startap ekosistemi: İnfrastruktur var, bəs nəticə? – TƏHLİL

Son 10 ildə Azərbaycanda startap və innovasiya sahəsinin inkişafı iddialar və bəyanatlar mərhələsindən çıxaraq daha sistemli bir mərhələyə qədəm qoyub. Bu dövrdə dövlət tərəfindən müxtəlif institutlar yaradılıb, vergi mexanizmləri formalaşdırılıb və maliyyə alətləri tətbiq olunub. İnnovasiya layihələrinin maliyyələşdirilməsi üçün fondlar fəaliyyətə başlayıb, texnoparklar və inkubasiya mərkəzləri genişlənib, startap anlayışı qanunvericiliyə […]

Ceyhun Bayramov NATO Baş katibinin müavini ilə Ermənistanla normallaşma prosesini müzakirə edib

22 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov NATO Baş katibinin müavini Radmila Şekerinskanı qəbul edib. XİN-dən verilən xəbərə görə, görüş zamanı Azərbaycan ilə NATO arasında tərəfdaşlıq çərçivəsində mövcud əməkdaşlıq gündəliyi və perspektivləri, tərəfdaşlıq mexanizmləri çərçivəsində görülən işlər, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub. […]

Kreml: “Sülh Şurası”na ianə Rusiyanın ABŞ-dakı aktivlərinin blokdan çıxarılmasını tələb edəcək

“Sülh Şurası”na 1 milyard dollarlıq ianə Rusiyanın ABŞ-dakı aktivlərinin blokdan çıxarılması tələb edəcək. APA-nın Moskva bürosu xəbər verir ki, bunu RusiyaOprezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Peskovun sözlərinə görə, bu məbləğ Fələstinin bərpası üçün istifadə olunmalıdır. O qeyd edib ki, ianənin qanuni olaraq necə rəsmiləşdiriləcəyi “hələ də bəlli deyil”. Peskov […]

Fuad Ələsgərovla Mədət Quliyev 3-cü qola belə sevindilər – Video

Ötən gecə UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda  keçirilən “Qarabağ”-“Ayntraxt” (3:2) oyununu izləyənlər arasında Azərbaycanın rəsmi şəxsləri də olub. Həmin şəxslər Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Təhlüləsizlik Şurası katibinin müavini general-polkovnik Mədət Quliyevdir. Onlar qələbə qolunun vurulması zamanı emosiyalarına […]

Azərbaycana idxal edilən uşaq qidasında çirkləndirici aşkarlanıb

Uşaq qidasında çirkləndirici aşkarlanıb İsveçrədən ölkəmizə idxal edilən “Hochdorf Swiss Nutrition Ltd” müəssisəsinin istehsalı olan “Swissneo 1” əmtəə nişanlı (09.10.2025-09.10.2027-ci il istehsal və son istifadə tarixli) uşaq qidasında “Sereulid” çirkləndiricisi aşkarlanıb. Bu barədə APA-ya AQTA-dan məlumat verilib. AQTA-ya bildiriş daxil olub Bildirilib ki, çirkləndiricinin aşkarlanması ilə bağlı Avropa İttifaqının “Qida […]

Buraxılış və qəbul imtahanlarının vaxtları açıqlandı

2026-cı ildə keçiriləcək bəzi imtahanların qrafiki və qeydiyyat tarixləri elan olunub. Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, imtahanların qrafiki Mərkəzin saytının “Təqvim” bölməsinə də əlavə edilir. Vətəndaşlara saytın bu bölməsini mütəmadi olaraq izləməyi tövsiyə edilib. Digər imtahanların tarixləri dəqiqləşdikcə (və ya imtahan qrafikində hər hansı dəyişiklik […]