Mərkəzin fəaliyyəti regionda uzunmüddtli sülh və təhlükəsizliyin bərqərar olmasına öz töhvəsini verəcək. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Ağdam rayonunda Ortaq mərkəzin açılışı zamanı Müdafiə naziri, general – polkovnik Zakir Həsənov deyib. Nazir bildirib ki, eyni zamanda əminik ki, həmin mərkəzdə türk və rus həmkarlarımız arasında dost və işçi münasibətlər […]
ABŞ Dağlıq Qarabağ məsələsi ilə əlaqədar Rusiya ilə əməkdaşlıq edir – Səfir
ABŞ Dağlıq Qarabağ, Ukrayna, Liviya və Koreya məsələləri ilə əlaqədar Rusiya ilə əməkdaşlıq edir və dialoqu davam etdirmək niyyətindədir: Doğrusöztv.Az-ın məlumatına görə, bunu ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan mətbuata müsahibəsində deyib. O bildirib ki, bir müddət əvvəl fransalı həmkarı ilə birlikdə Rusiya Xarici İşlər Nazirliyində brifinqdə iştirak edib: “ABŞ, Fransa […]
Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Türkiyədə səfərdə olub (FOTO)
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti “Azərbaycan-Türkiyə Hərbi Dəniz Qüvvələri arasında 8-ci Qərargah danışıqları” toplantısında iştirak etmək məqsədilə Ankara şəhərinə səfər edib. Doğrusöztv.Az bildirir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə iki ölkənin hərbi dəniz qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb və müxtəlif məsələlər üzrə […]
Prezident İlham Əliyev Sabunçu və Suraxanı rayonlarında yenidən tikilən məktəblərdə yaradılan şəraitlə tanış olub (YENİLƏNİB) (FOTO/VİDEO)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 28-də paytaxtın Sabunçu rayonunda yenidən inşa olunan 90 saylı və Suraxanı rayonunda 97 saylı orta məktəblərdə yaradılan şəraitlə tanış olub. Hər iki məktəbdə yeni korpusların tikintisi və təmir-bərpa işləri Azərbaycan Prezidentinin “Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər […]
Türkiyə Azərbaycanın yanında olmasına sərt reaksiya verən dövlətlərə məhəl qoymadı – Burhanəddin Duran
Azərbaycanla Türkiyə əməkdaşlığı daim davam etdirəcək. Doğrusöztv.Az-ın məlumatına görə, bunu SETA baş koordinatoru, Türkiyə Respublikası Prezident Administrasiyasının Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Burhanəddin Duran “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinarda deyib. O qeyd edib ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə regionda yeni reallıq yaratdı. B.Duran bildirib ki, […]
Azərbaycan ilə Türkiyə arasındakı əlaqələr əbədidir – Hikmət Hacıyev
Azərbaycan ilə Türkiyə arasındakı əlaqələr əbədidir və əminəm ki, qarşıdan gələn 10 illiklərdə də bu əlaqələr möhkəmlənəcək və inkişaf edəcək. Doğrusöztv.Az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinarda deyib. H.Hacıyev bildirib ki, ölkə liderləri […]
Türkiyə regionda əldə olunmuş kövrək sülhün davamlı sülhə çevrilməsində mühüm rol oynamalıdır – Hikmət Hacıyev
Azərbaycan öz ərazilərini işğaldan azad edib və indi regionumuzda yeni imkanlar açılıb. Doğrusöztv.Az -ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinarda deyib. H.Hacıyev bildirib ki, bu xüsusda bütün regionun geniş mənada geosiyasətini dəyişdirərək əməkdaşlığa […]
İlham Əliyev Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edib. Dövlətimizin başçısı qəbulda çıxış edib. Prezident İlham Əliyevin çıxışı – Mən sizi Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi vəzifəsinə təyin edirəm. Sizə böyük etimad göstərilir. Əminəm ki, siz bu məsuliyyəti dərk […]
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Aydın Zöhrab oğlu Kərimov Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti
Albert Mustafayev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib
Prezident İlham Əliyev A.Z.Mustafayevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Doğrusöztv.Az xəbər verir ki, sərəncamla Azərbaycanda heykəltəraşlıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Albert Zaman oğlu Mustafayev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilir.