Cənubi Karolinada universitetin kampusunda atışma baş verib, nəticədə iki nəfər həlak olub, bir nəfər yaralanıb. Bu barədə ABŞ KİV-ləri məlumat yayıb. Fevralın 12-nə keçən gecə baş vermiş hadisə ilə əlaqədar fevralın 13-də dərslər ləğv edilib. Həlak olanların şəxsiyyəti hələ müəyyən edilməyib. Atəş açan şəxs barədə məlumat verilmir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
Bu gün ölkənin hərb quruculuğuna öz töhfəsini verən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür. Səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, müddətli həqiqi hərbi xidmətə hazırlanması və hərbi xidmətə çağırılması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, eyni zamanda vətəndaşların qəbulu […]
Azərbaycan neftinin qiyməti 70 dollara düşüb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,17 ABŞ dolları və ya 3 % azalaraq 70,03 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 67,36 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel […]
Pirşağı və Ləhic bağlarında işıq olmayacaq
Bu gün Maştağa Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 10 kV-luq 580 N-1 və N-2 elektrik xətlərində əsaslı təmir və yenidənqurma işləri həyata keçiriləcək. Bu barədə “Azərişıq” ASC məlumat yayıb. Qeyd olunub ki, bununla əlaqədar saat 10:00-dan 14:30-dək Pirşağı bağları yaşayış massivi və Ləhic bağları adlanan ərazidə elektrik enerjisinin […]
Vaşinqton-Tehran danışıqları – ABŞ-nin qüvvədə olan Böyük Yaxın Şərq planı – ŞƏRH
Ötən gün Ağ Evdə ABŞ Prezidenti Donald Trampla İsrailin Baş naziri Binyamin Netanyahu arasında görüş olub. Sammitdə İran hakimiyyəti ilə danışıqların davam etdirilməsi və rəsmi Tehrana münasibət, habelə, Qəzza zolağında, Livandakı vəziyyət müzakirə edilib. Liderlərin İranla bağlı görüşü bağlı qapılar arxasında üç saat davam edib. Donald Tramp “Truth” sosial şəbəkəsindəki […]
İsrail Müdafiə Qüvvələri İran xalqını “Mossad”la əməkdaşlığa çağırıb
İsrail Müdafiə Qüvvələri (IDF) İran xalqına çağırış edib. Çağırış IDF-in farsdilli “X” hesabında yerləşdirilib. IDF müraciətində İran xalqını İsrailin kəşfiyyat xidməti “Mossad”la əməkdaşlığa dəvət edib. “İranın vətənpərvər xalqından bizimlə əlaqənin rəsmi yollarını izləməyi və hər növ əməkdaşlıq üçün təmasda olmalarını xahiş edirik”, – çağırışda deyilir. Çağırışda IDF ilə “Mossad”ın sosial […]
Sabah Bakı və bəzi bölgələrdə külək güclənəcək – SARI XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə fevralın 13-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında, Xızı, Qobustan, Neftçala, Hacıqabul, Kəlbəcər, Laçın, Zəngilan, Daşkəsən, Goranboy, Mingəçevir, Şabran, Siyəzəndə cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil […]
Bakının Leyla Məmmədbəyova küçəsində maşınla hərəkət tam məhdudlaşdırılacaq
Aparılacaq təmir işləri ilə bağlı 14 fevral saat 07:00-dan 15 fevral saat 23:00-a qədər Bakının Sabunçu rayonunun Leyla Məmmədbəyova küçəsində (Yavər Əliyev küçəsindən Əhmədbəy Ağayev küçəsinədək olan hissədə) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. “Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət […]
Müdafiə Nazirliyi gənc əsgərlərin yaxınlarına müraciət edib
Fevral ayı ərzində gənc əsgərlərlə görüşlər yalnız 15-i və 22-si tarixlərində keçiriləcəkdir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüşlər yalnız şəxsiyyətini təsdiq edən sənədi təqdim etmiş yaxın qohumlara — valideynlər, həyat yoldaşı, uşaqlar, baba və nənə, həmçinin doğma və ögey (eyni ata və ya anası olan) qardaş və […]
Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib – SİYAHI
Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, vergi sisteminin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aşağıdakı işçiləri təltif ediliblər: “Tərəqqi” medalı ilə Əliyev Nazim Kazım oğlu 1-ci dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə […]