Sabah yağış yağacaq, bəzi rayonlarda intensivləşəcək

Azərbaycanda iyulun 8-də havanın bəzi yerlərdə yağıntılı keçəcəyi gözlənilir.Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-22° isti, gündüz 26-29° isti olacaq. […]

Gömrük rüsumlarından azad edilən malların əhatə dairəsi genişlənir

Gömrük rüsumlarından azad edilən malların əhatə dairəsi genişlənir. Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Gömrük tarifi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, rəqəmsal texnologiyaların, o cümlədən süni intellekt texnologiyalarının və innovasiya məhsulunun hazırlanması, inkişaf etdirilməsi və tətbiqi fəaliyyətini həyata keçirən hüquqi şəxslər və fərdi sahibkarlar […]

Bağçalara elektron qəbul başlayıb

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul prosesinə start verilib.Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən APA-ya verilən məlumata görə, bu gün saat 11:00-dan etibarən regional təhsil idarələrinin və Naxçıvan Muxtar Respublikasının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün elektron növbələrin yaradılmasına başlanılıb. Bildirilib ki, 2021 və 2022-ci il təvəllüdlü uşaqlar üçün […]

Qanunvericilik təşəbbüsü hüququ EHİS üzərindən həyata keçiriləcək

Qanunvericilik təşəbbüsü hüququndan istifadənin elektron qaydada təşkili zamanı yaranan prosedurların Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə də həyata keçiriləcək. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qeyd edilib ki, layihə qanunvericilik təşəbbüsü […]

Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 7-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, Avropa və Regional Təhlükəsizlik Əməkdaşlığı üzrə Alt Komitəsinin sədri, senator Stiv Deynsi qəbul edib.Prezident İlham Əliyev Donald Trampın ikinci dəfə ABŞ Prezidenti seçilməsindən sonra əməkdaşlıq və qarşılıqlı etimada əsaslanan ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin strateji […]

Səfərbərlik Xidmətinin vəzifəli şəxslərinin məhkəməsi başlayır

Rüşvət müqabilində vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən vəzifəli şəxs barəsində cinayət işi məhkəməyə göndərilib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon şöbəsinin rəis müavini – Səfərbərlik hazırlığı və səfərbərlik bölməsinin rəisi vəzifəsini icra etmiş Mədətsoylu Niyam Etibar oğlunun qanunsuz […]

Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşır

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,78 ABŞ dolları və ya 1,07 % artaraq 73,71 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 69,88 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]

“Sabah” UEFA Çempionlar Liqasında bu gün ilk oyununa çıxacaq

“Sabah” UEFA Çempionlar Liqasında bu gün ilk oyununa çıxacaq.Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv turnirin I təsnifat mərhələsinin ilk oyununda Uelsin TNS komandasını qəbul edəcək. Matç Masazırdakı “Bank Respublika Arena”da, saat 20:00-da start götürəcək. Qarşılaşmanın baş hakimi polşalı Patrik Qriskieviç olacaq. Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 14-də Uelsdə […]