Qazaxıstan və Türkiyə investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında saziş imzalamağı planlaşdırır. Sənəd layihəsi 2026-cı il mayın 29-dək ictimai müzakirəyə çıxarılıb. Saziş layihəsi iki ölkənin investorları üçün sabit və proqnozlaşdırıla bilən şəraitin yaradılmasına yönəlib. Bundan başqa, saziş investisiyaların tam qorunması və təhlükəsizliyi, investorların gəlirlərinin sərbəst köçürülməsi və digər müddəaları nəzərdə […]
Ərdoğan Qazaxıstanda dövlət səfərindədir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət səfəri ilə Qazaxıstana gedib. Ölkə Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə baş tutan səfər iki gün çəkəcək. Danışıqlar zamanı liderlər Qazaxıstan-Türkiyə münasibətlərinin cari vəziyyətini və inkişaf perspektivlərini müzakirə edəcəklər. Bundan əlavə, prezidentlər Qazaxıstan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı iclasını keçirəcəklər.
Bəzi rayonlarda külək güclənəcək – XƏBƏRDARLIQ
Azərbaycanın bəzi bölgələrində mayın 14-16-da gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Goranboy, Naftalan, Daşkəsən, Gədəbəy, Göygöl, Samux, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Neftçala, Salyan, Lerik, Yardımlı, Qobustan,Kəlbəcər, Laçın, Füzuli, Zəngilanda sarı […]
Sabah 31° isti olacaq – PROQNOZ
Bakıda və Abşeron yarımadasında mayın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata görə, gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-19° isti, gündüz 23-27° isti […]
Rusiya Dnepropetrovsk və Xarkov vilayətlərinə hücum edib, 8 nəfər ölüb
Rusiya ordusu Ukraynanın Dnepropetrovsk və Xarkov vilayətlərinə hücum edib, nəticədə 8 nəfər həlak olub, 16 nəfər yaralanıb. Bu barədə Vilayət Hərbi administrasiyalarının rəhbərləri məlumat veriblər. Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja bildirib ki, Rusiya ordusu sutka ərzində regionun üç rayonuna təxminən 30 dəfə zərbə endirib – 8 nəfər həlak […]
Birinci Qarabağ müharibəsinin daha 3 itkin-şəhidi dəfn ediləcək
Birinci Qarabağ müharibəsinin şəxsiyyəti müəyyənləşdirilən daha 3 itkin-şəhidi dəfn ediləcək. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Bildirilib ki, Birinci Qarabağ müharibəsində itkin düşən, daha sonra nəşi tapılaraq şəxsiyyəti müəyyənləşdirilən Rafiq Şirvan oğlu Cəfərov, Ələddin Həzi oğlu Həziyev və Zaur İmamqulu oğlu Sadıqov […]
Ceyhun Bayramov Birləşmiş Krallığın Azərbaycandakı səfiri Fergus Auld ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auldu ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ceyhun Bayramov iki ölkə arasında mövcud münasibətlərin inkişafını məmnunluqla qeyd edərək, bu istiqamətdə göstərdiyi səylərə görə […]
Azərbaycan və Yunanıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Afina şəhərində Azərbaycan və Yunanıstan xarici işlər nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Bu barədə Azərbaycan XİN məlumat yayıb. Bildirilib ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Yunanıstan nümayəndə heyətinə isə bu ölkənin xarici işlər nazirinin müavini Aleksandra Papadopulu rəhbərlik edib. Görüş çərçivəsində Azərbaycan və […]
Vilayət Eyvazov DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirib
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov mayın 12-də respublikanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Bakıda keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 166 […]
Azərbaycanda elektron siqaretlərin reklamı qadağan edilib
Nazirlər Kabineti “Reklamı qadağan olunan əmtəələrin siyahısı”nda dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərarla siyahıdan elektron siqaretlər çıxarılıb, əvəzində nikotin tərkibi olmayan elektron siqaretlər siyahıya əlavə edilib.