Regional təhsil idarələrinin iqtisadi zonalar üzrə formalaşması və fəaliyyət göstərməsi həm də yerlı ənənələrin təhsildə əksini tapmasına səbəb olmaqdadır

Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayon təhsil şöbələrinin əsasında yaradılmış Mərkəzi Aran Regional Təhsil İdarəsi rəis Elçin Kərimovun rəhbərliyi altında üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməkdədir. Kərimov Elçin Vaqif oğlu 01 may 1980-ci ildə Oğuz şəhərində anadan olub. 1997-2001-ci illərdə Bakı Dövlət Universitetinin coğrafiya, 2008-2011-ci illərdə […]

Ucar Rayon Polis Şöbəsinin şəxsi heyəti rayonda ictimai asayişin, əmin-amanlığın qorunmasında öhdəsinə düşən müqəddəs vəzifəni ləyaqətlə yerinə yetirir

Ölkəmizdə uğurla həyata keçirilən hüquq mühafizə siyasətinin məntiqi nəticəsi olaraq ölkəmizdə möhkəm təməllərə söykənən sabitlik 2022-ci ildə də etibarlı qorunub. Daxili işlər orqanları və Daxili Qoşunlar tərəfindən əvvəlki illərdə əldə olunmuş müsbət nəticələrin inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli işlər görülüb. Cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində […]

“Müəllimlərin 25 %-dən çoxu 1000 manatdan yuxarı əməkhaqqı alacaq” – Nazir

alfonsonri

“Fevralın 1-dən etibarən dövlət ümumtəhsil müəssisələrində çalışan 25 %-dən çox müəllim 1000 manat və daha yuxarı əməkhaqqı alacaq”. Bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, son 10 ildə (2014-2023-cü illər) müəllimlərin orta aylıq əməkhaqqı məbləği təxminən 3 dəfə artıb: “Həmin müddət ərzində müəllimlərin orta […]

Fevralın son gününə olan hava proqnozu

alfonsonri

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bəzi yerlərdə arabir duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % […]

Malatyada zəlzələ oldu: Dağıntılar var…

alfonsonri

Türkiyənin Malatya əyalətinin Yeşilyurt rayonunda 5,6 maqnitudada zəlzələ olub. Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Nəticədə bəzi binalar dağıntıya məruz qalıb. Bölgəyə xilasedici dəstəlrə göndərilib. Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni […]

Oğul anası ilə birlikdə atasını öldürdü – TƏFƏRRÜAT

alfonsonri

Ötən gün Sabirabadda 19 yaşlı oğlanın atasını öldürməsi barədə xəbər vermişdik.   Dogrusoztv.az bildirir ki, Lent.az hadisə ilə bağlı yeni faktlar əldə edib.  Belə ki, araşdırmalar zamanı məlum olub ki, Sabirabad rayonunun Moranlı kəndində baş verən cinayəti 19 yaşlı İlkin İbadlı tək törətməyib. Ona bu işdə anası yardım edib. O, anası […]

“Aşıq Muşqulat” yol polisində işə BAŞLADI

alfonsonri

Xalq arasında Aşıq Muşqulat kimi tanınan Elnur Mahmudov Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təşkili Şöbəsinə təyinat alıb.  Elnur Mahmudov təbliğat işlərinə cəlb olunub. Bir neçə gün əvvəl yol polisinin təşkil etdiyi təbliğat xarakterli tədbirdə çıxış edib.  Qeyd edək ki, xalq arasında Aşıq Muşqulat adı ilə tanınan Elnur Mahmudov […]

Vüqar Səfərlinin müsadirə olunmuş ƏMLAKLARININ SİYAHISI – Övladları geri istəyir

alfonsonri

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin ailə üzvləri və onunla birgə tutulan digər şəxslər yenidən kassasiya şikayəti verib. Dogrusoztv.az Pravda.az-a istinadən xəbər verir ki, V.Səfərlinin oğlu Seymur Səfərli və Samir Səfərli Səfərli Ali Məhkəməyə müraciət edərək, müsadirə olunmuş əmlakların geri qaytarılmasını […]