Xarici İşlər naziri Ceyhun Bayramov Avropa Şurası Nazirlər Komitəsinin 130-cu iclasında çıxış edib. Doğrusöztv.Az bildirir ki, Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazir çıxışında deyib: “Öncə, Yunanıstan Hökumətini Nazirlər Komitəsində sədrliyinin uğurla başa çatması münasibətilə təbrik etmək və gələcək Almaniya sədrliyinə tam dəstəyimizi ifadə etmək istərdim. 2021-ci ilin yanvar ayında […]
Dağlıq Qarabağ məsələsində ikili standartlar ola bilməz – Türkiyə XİN
Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa Şurasının Nazirlər Komitəsini Azərbaycanın əraz bütüvlüyünü qeyd-şərtsiz müdafiə etməyə çağırıb. Doğrusöztv.Az Trend-ə istinadən xəbər verir ki, nazir bildirib ki, bu məsələdə ikili standartlar ola bilməz: “Biz Gürcüstan və Ukraynanın suverenliyi və ərazi bütövlüyünü necə dəstəkləyiriksə, Azərbaycanın da hüquqlarını bu cür müdafiə etməliyik”. Onun […]
Azərbaycan Ordusunun hərbi qulluqçuları mülki əhali ilə davranış qaydalarına əməl edir – MN
Hər gün döyüşlərdə üzləşdiyi uğursuzluqlar, verdiyi çoxlu sayda itkilər və itirdiyi vacib mövqelər düşməni müxtəlif üsullara əl atmağa vadar edir. “Müharibədə bütün vasitələr yaxşıdır” prinsipindən irəli gələrək düşmən artıq Azərbaycan Ordusunun hərbi qulluqçularına qarşı böhtan və qarayaxama kampaniyasına başlayıb. Doğrusöztv.Az bildirir ki, bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat […]
Prezident İlham Əliyev: Cəbrayıl, Zəngilan və Qubadlının bir neçə kəndi işğaldan azad edilib
Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! Doğrusöztv.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində bildirib.
Hazırda Ermənistan silahlı qüvvələrinin tərkibində muzdlular xidmət göstərir – Prezidentin köməkçisi
Etibarlı mənbələrin məlumatına görə, hazırda Ermənistanın Silahlı Qüvvələrinin tərkibində Livan və Suriyadan tutmuş Avropa İttifaqının ölkələrinə, Kanadaya qədər olan muzdlular xidmət göstərir. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, hazırda işğal edilmiş ərazilərimizdə muzdluların yerləşdirib və […]
Ermənistan hərbçiləri dövlət sərhədindəki bölmələrimizi atəşə tutmaqla bizi təxribata çəkmək istəyir – Anar Eyvazov
Ermənistan hərbçiləri dövlət sərhədindəki bölmələrimizi atəşə tutmaqla bizi təxribata çəkmək istəyir. Ötən müddət ərzində Berd, Çəmbərək, Qafan, Tovuz, Qubadlı və Cənbrayıldakı bölmələrimiz atəşə tutulub. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin Mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib. O bildirib ki, Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan […]
Ermənistan hibrid müharibəyə keçib – Hikmət Hacıyev
Ermənilər tərəfindən hibrid müharibəyə keçmə barədə məlumatlar daxil olmaqdadır. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, danışıqlarda nəticə o zaman effektiv olar ki, qarşı tərəf də konstuktiv olsun: “Ermənistan öz əməlləri ilə digər ölkələri də müharibəyə […]
Düşmənin snayper qrupu məhv edildi
İşğal olunmuş ərazimizə gətirilən Ermənistan silahlı qüvvələrinin 543-cü alayının yerləşdiyi müdafiə sahəsinə Azərbaycan Ordusu tərəfindən atəşlə zərbələri endirilib. Doğrusöztv.Az bildirir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Nəticədə Qubadlı istiqamətində fəaliyyət göstərməyə hazırlaşan snayperlərdən ibarət qrup məhv edilib.
Ermənistan itkilərini gizlətmək üçün hər dəfə yeni yalan uydurmaq məcburiyyətindədir – MN
Ermənistan mətbuatının guya Azərbaycan xüsusi təyinatlılarına məxsus kalonların Xocavənd rayonunun Taqavard kəndi istiqamətində məhv edilməsi barədə yaydığı məlumatın heç bir əsası yoxdur və düşmənin növbəti uydurmasıdır. Doğrusöztv.Az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilir ki, döyüş meydanında günü-gündən artmaqda olan itkilərini ört-basdır etməyə çalışan düşmən çıxılmaz vəziyyətdə qaldığı […]
Azərbaycan Ordusu cəbhənin müxtəilif istiqamətlərində düşmən təxribatlarının qarşısını alır – Hikmət Hacıyev
Azərbaycan Ordusu cəbhənin müxtəilif istiqamətlərində düşmənin təxribatlarının qarşısını alır. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünün bərpasında beynəlxalq ictimaiyyətin ölkəmizə dəstək göstərməsi Azərbaycanın xarici siyasətdə uzun müddət apardığı fəaliyyətin nəticəsidir. Prezidentin köməkçisi qeyd […]