Biləsuvarın bir sıra ərazilərində işıq olmayacaq

Biləsuvarın bir sıra ərazilərində təmir işləri ilə əlaqədar bu gün elektrik enerjisinin verilişində fasilələr yaranacaq. Biləsuvar Elektrik Şəbəkəsinə daxil olan Köhnəkənd, Muğan, Yuxarı Ağalı kəndləri və Biləsuvar şəhərinin bəzi hissələrində saat 10:00-dan 12:00-dək, Dərvişli, Amankənd, Ağalıkənd, Yuxarı Cürəli, Təzəkənd və Ovçubərə kəndlərində saat 11:00-dan 13:00-dək, eləcə də şəhər ərazisində bir […]

Hacıqabulda yol qəzasında bir nəfər ölüb, 1 nəfər xəsarət alıb

Hacıqabulda yol qəzası baş verib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu, Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Kəlbəcər rayon sakini, 1966-cı il təvəllüdlü Həsənov Əli Süleyman oğlunun idarə etdiyi “Nissan” markalı avtomobil idarəetməni itirərək beton arakəsməyə çırpılıb. Nəticədə sürücü xəsarət alıb. Avtomobildə olan sərnişin Salyan […]

Rusiya XİN: Ermənistan Aİ-yə yaxınlaşmanı diversifikasiya adlandırmamalıdır

Rusiya Xarici İşlər Nazirliyi Ermənistan hakimiyyətini Avropa İttifaqına yaxınlaşmanı “diversifikasiya” adı altında təqdim etməməyə çağırıb. Bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamenti direktorunun müavini Aleksey Fadeyev brifinqdə bildirib. Onun sözlərinə görə, hazırda Ermənistan hakimiyyəti İrəvanla Moskva arasında yaranmış gərginliyə görə məsuliyyəti başqalarının üzərinə qoymağa çalışır və bütün problemləri […]

Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətini bombalayıb, 5 nəfər ölüb

Rusiya ordusu Dnepropetrovsk vilayətinə zərbə endirib, nəticədə 5 nəfər ölüb. “Unian“ xəbər verir ki, bu barədə Dnepropetrovsk regional hərbi administrasiyasının rəhbəri Aleksandr Qanja “Telegram” kanalında məlumat verib. Hücum nəticəsində üç nəfər yaralanıb. Yaralılar hamısı xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır.

Vaşinqton sammitinin bir ili – İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan – ŞƏRH

Azərbaycan Prezidenti İlham Əliyev bir il öncə ABŞ səfəri çərçivəsində ikitərəfli və regional maraqların, təhlükəsizliyin, sülhün, əməkdaşlığın təmin olunması baxımından çox mühüm sənədlərə imza atıb.Bu işgüzar səfər ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtonda avqustun 7-8-də reallaşıb. Avqustun 8-də Prezident İlham Əliyevin Ağ Evdə Prezident Donald Trampla görüşü keçirilib. Bu […]

Ceyhun Bayramov: Rusiya və Ukrayna arasındakı hərbi əməliyyatlar ən qısa zamanda dayandırılmalıdır

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya və Ukrayna arasındakı hərbi əməliyyatların ən qısa zamanda dayandırılmasının və beynəlxalq hüququn norma və prinsiplərinə ciddi riayət olunmaqla münaqişənin diplomatik yollarla həllinin vacibliyini bildirib. Nazir bu barədə Ukrayanaya rəsmi səfəri çərçivəsində ölkənin xarici işlər naziri Andrey Sibiqa ilə geniştərkibli görüşündə bəhs edib. Görüş […]

Bir məktubun izi ilə: Türk mühəndis “Vardanyan layihəsi”nin pərdəarxasına işıq saldı – ŞƏRH

ABŞ Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri üçün strateji təyinatlı polimer materiallar hazırlayan, B-2 bombardmançı təyyarələrinin radar görünməzliyini təmin edən xüsusi örtük texnologiyalarının müəlliflərindən biri kimi tanınan türk-amerikalı mühəndis Ergün Kırlıkovalının amerikalı esseist və risk nəzəriyyəçisi Nassim Nikolas Talebə ünvanladığı açıq məktub Azərbaycan dövlətinə və xalqına qarşı ağır cinayətlər […]

Ceyhun Bayramov: Azərbaycan zərurət olsa Ukraynaya qaz tədarük etməyə hazırdır

Azərbaycan zərurət yaranacağı halda Ukraynaya təbii qaz tədarük etməyə hazırdır və regional enerji təhlükəsizliyini gücləndirmək üçün Ukraynanın yeraltı qaz anbarlarından istifadə imkanını nəzərdən keçirir. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Kiyevdə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə birgə mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Azərbaycan […]

Sibiqa və Bayramov Cənubi Qafqazı, Ukrayna üzrə sülh prosesini müzakirə ediblər

Azərbaycanlı həmkarım Ceyhun Bayramovla danışıqlar zamanı Cənubi Qafqaz və Yaxın Şərqdə regional təhlükəsizlik məsələlərini, eləcə də Ukraynada sülhün əldə olunması üzrə səyləri müzakirə etdik. Bu barədə A.Sibiqa C.Bayramovla birgə mətbuat konfransında bəyan edib. Onun sözlərinə görə, Ukrayna tərəfi Azərbaycanı Kiyevin sülh təşəbbüsləri barədə məlumatlandırıb və sülhün təşviq edilməsində, eləcə də […]

Azərbaycanda sabah 39 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında avqustun 7-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-25° isti, gündüz 30-34° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək.Nisbi rütubət gecə 70-80 […]