Vaşinqton-Tehran danışıqları – ABŞ-nin qüvvədə olan Böyük Yaxın Şərq planı – ŞƏRH

Ötən gün Ağ Evdə ABŞ Prezidenti Donald Trampla İsrailin Baş naziri Binyamin Netanyahu arasında görüş olub. Sammitdə İran hakimiyyəti ilə danışıqların davam etdirilməsi və rəsmi Tehrana münasibət, habelə, Qəzza zolağında, Livandakı vəziyyət müzakirə edilib. Liderlərin İranla bağlı görüşü bağlı qapılar arxasında üç saat davam edib. Donald Tramp “Truth” sosial şəbəkəsindəki […]

İsrail Müdafiə Qüvvələri İran xalqını “Mossad”la əməkdaşlığa çağırıb

İsrail Müdafiə Qüvvələri (IDF) İran xalqına çağırış edib. Çağırış IDF-in farsdilli “X” hesabında yerləşdirilib. IDF müraciətində İran xalqını İsrailin kəşfiyyat xidməti “Mossad”la əməkdaşlığa dəvət edib. “İranın vətənpərvər xalqından bizimlə əlaqənin rəsmi yollarını izləməyi və hər növ əməkdaşlıq üçün təmasda olmalarını xahiş edirik”, – çağırışda deyilir. Çağırışda IDF ilə “Mossad”ın sosial […]

Sabah Bakı və bəzi bölgələrdə külək güclənəcək – SARI XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə fevralın 13-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında, Xızı, Qobustan, Neftçala, Hacıqabul, Kəlbəcər, Laçın, Zəngilan, Daşkəsən, Goranboy, Mingəçevir, Şabran, Siyəzəndə cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil […]

Bakının Leyla Məmmədbəyova küçəsində maşınla hərəkət tam məhdudlaşdırılacaq

Aparılacaq təmir işləri ilə bağlı 14 fevral saat 07:00-dan 15 fevral saat 23:00-a qədər Bakının Sabunçu rayonunun Leyla Məmmədbəyova küçəsində (Yavər Əliyev küçəsindən Əhmədbəy Ağayev küçəsinədək olan hissədə) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. “Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət […]

Müdafiə Nazirliyi gənc əsgərlərin yaxınlarına müraciət edib

Fevral ayı ərzində gənc əsgərlərlə görüşlər yalnız 15-i və 22-si tarixlərində keçiriləcəkdir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüşlər yalnız şəxsiyyətini təsdiq edən sənədi təqdim etmiş yaxın qohumlara — valideynlər, həyat yoldaşı, uşaqlar, baba və nənə, həmçinin doğma və ögey (eyni ata və ya anası olan) qardaş və […]

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib – SİYAHI

Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, vergi sisteminin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aşağıdakı işçiləri təltif ediliblər: “Tərəqqi” medalı ilə Əliyev Nazim Kazım oğlu 1-ci dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə […]

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir qrup əməkdaşı təltif edilib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları və mülki […]

Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələr verilib – SƏRƏNCAM

Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aşağıdakı əməkdaşlarına ali xüsusi rütbələr verilib: “2-ci dərəcəli dövlət vergi xidməti müşaviri” ali xüsusi rütbəsi Orxan Faiq oğlu Nəzərli – Dövlət Vergi Xidmətinin rəisi “3-cü […]

Bir qrup fəal sosial şəbəkələrin bağlanmasına etiraz olaraq Roskomnadzor-un ofisini bağlayıb

Moskvada bir qrup fəal xarici messencer və sosial şəbəkələrin bağlanmasına etiraz olaraq Roskomnadzor-un ofisini bloklayıb. Rusiyada sosial xarici sosial şəbəkələrin və messenceelərin bağlanmasına etiraz əlaməti olaraq bir qrup fəal Roskomnadzor-un ofisinə velosiped kilidi vurub və qurum əleyhinə şüar yazılan plakat asıb. Qeyd edək ki, Roskomnadzor “Telegram”ın məhdudlaşdırılmasına başlayıb. Qurum “WhatsApp” […]

Kamran Əliyev Suraxanı rayonunda vətəndaşları qəbul edib

Fevralın 12-də Baş prokuror Kamran Əliyev Bakı şəhəri Suraxanı rayon prokurorluğunun inzibati binasında Suraxanı rayonundan olan vətəndaşları qəbul edib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir. Qəbulda iştirak edən 45 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə […]