ABŞ Kubaya qarşı hərbi əməliyyatlara hazırlaşır.Vaşinqtonun aylarla davam edən iqtisadi təzyiqi və sanksiyaları Havanada islahatlara səbəb ola bilməyib və Ağ Evdə məyusluq yaradıb. ABŞ Cənub Komandanlığı fövqəladə vəziyyət üçün plan hazırlayıb. Bura hədəf hava hücumlarından tutmuş Kubada qeyri-stabillik yaradacaq genişmiqyaslı əməliyyatlara qədər ehtiyat planları hazırlanıb.
Onlara 271 min reabilitasiya vasitəsi verildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar-aprel aylarında əlilliyi olan 5700 şəxsi 271 min reabilitasiya vasitəsi ilə təmin edib. Qeyd olunan reabilitasiya vasitələrindən 644-sı təkərli oturacaq (o cümlədən 11-i mühərrikli təkərli oturacaq), 870-i aşağı və yuxarı ətraf protezi, korset, 1500-ü […]
Xankəndi, Ağdərə və Xocalıda 21 689 hektar ərazi minalardan təmizlənib
Xankəndi, Ağdərə və Xocalıda nə qədər ərazinin minalardan və partlamamış sursatlardan təmizləndiyi açıqlanıb. Bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda “Münaqişədən sonra şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda keçirilən […]
Kamran Əliyev Qaradağ rayonunda vətəndaşları qəbul edəcək
Baş prokuror Kamran Əliyev mayın 26-da saat 10:00-da Qaradağ rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan Qaradağ rayon sakinlərinin qəbulunu keçirəcək. Vətəndaşlar qəbulla bağlı Qaradağ rayon prokurorluğuna yazılı və […]
Azərbaycan neftinin qiyməti 118 dolları keçib
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,75 ABŞ dolları və ya 1,5 % artaraq 118,16 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 114,9 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də “Euronews” televiziyasına müsahibə verib.Hemin müsahibəni təqdim edir.Müxbir: Cənab Prezident, hər zaman olduğu kimi Sizi yenidən görməyə çox şadıq. 182 ölkədən 40 mindən çox iştirakçı. Bu, COP29-dan sonra Azərbaycanda keçirilən ikinci ən böyük tədbirdir. WUF13-ə ev sahibliyi etmək Azərbaycanın dayanıqlı şəhərsalmanın gələcəyinin formalaşdırılmasında beynəlxalq […]
Kuba Prezidenti ABŞ-nin yeni sanksiyalarını cinayət adlandırıb
[center][img]https://azadmedia.az/uploads/posts/2026-05/1779165791_screenshot-2026-05-19-084101.png[/img][/center]Kuba Prezidenti Miqel Dias-Kanel ABŞ administrasiyasının mayın 1-də verdiyi və üçüncü dövlətlər tərəfindən Kubaya neft tədarükünə qadağa qoyan icra fərmanını qeyri-əxlaqi, cinayətkar və qanunsuz olaraq xarakterizə edib. Bu barədə Kuba lideri “X” sosial media hesabında yazıb. “Kubaya yanacaq satmağa çalışan üçüncü ölkələri təqib etməyə və qorxutmağa yönəlmiş [ABŞ-nin Karib dövlətinə […]
Bakı müasir, canlı və qlobal şəhərlərə çevrilib – Baş nazir
Şəhərlərin dayanıqlığı yalnız inkişafın insan mərkəzli, iqlimə həssas və məlumat əsaslı olduğu halda mümkündür. Bunu Pakistanın Pəncab əyalətinin baş naziri Məryəm Nəvaz Şərif Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində Liderlər Sammitində deyib. O bildirib ki, Bakı müasir şəhər infrastrukturu, qlobal bağlantılar və transformasiyanın nümunəsidir: “Bakının tarixi İçərişəhəri ortaq […]
Azərbaycan hərbçiləri “EFES-2026″da gəminin ələ keçirilməsi tapşırığını icra edib
Türkiyədə keçirilən “EFES-2026” çoxmillətli birgə təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, əməliyyat planına uyğun olaraq, iştirakçı ölkələrin hava-desant bölmələri şərti düşmən gəmisinin ələ keçirilməsi tapşırığını icra ediblər. Hücum helikopterləri ilə hədəfə yaxınlaşan qruplar, qısa müddət ərzində gəminin göyərtəsinə eniş həyata keçiriblər. […]
Prezident İlham Əliyev Çin Dövlət Şurasının Baş nazirinin müavinini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Çin Xalq Respublikası Dövlət Şurasının Baş nazirinin müavini Can Quoçini qəbul edib. Qonaq, ilk növbədə, Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarını Azərbaycan Prezidentinə çatdırdı. O qeyd etdi ki, Si Cinpin Prezident İlham Əliyevi Çinin dostu kimi dəyərləndirir. Dövlətimizin başçısı salamlara görə minnətdarlığını […]