Ağdam şəhərinə daha 417 nəfər köçüb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Ağdam şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Ağdam şəhərinə 110 ailə – 417 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına […]

Azərbaycan və Latviya DİN-ləri əməkdaşlıq edəcək

Azərbaycan və Latviya Daxili İşlər Nazirlikləri (DİN) əməkdaşlıq edəcək. Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Latviya Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”in təsdiqi barədə Fərman imzalayıb. Fərmanla bu ilin aprel ayının 22-də Bakı şəhərində imzalanmış Saziş təsdiqlənib. Saziş qüvvəyə mindikdən sonra Azərbaycanın Daxili İşlər Nazirliyi […]

Prezident: Şirvan kanalı gələn il istifadəyə veriləcək, Qarabağ kanalının yenidən qurulmasına başlamışıq

“Su təchizatı olmadan kənd təsərrüfatının inkişafı mümkün deyil. Burada da qeyd etdiyim kimi, bir çox önəmli layihələr icra edildi. Su anbarları – Taxtakörpü, Şəmkirçay ən böyük su anbarlarıdır, Göytəpə su anbarı, digər su anbarları. İndi 10 su anbarının yenidən qurulması layihəsi icra edilir. Qarabağ və Şərqi Zəngəzur işğalçılardan azad ediləndən […]

Kuba Prezidenti Azərbaycan liderini təbrik edib

Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudes Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Zati-aliləri cənab Prezident. Ölkənizin milli bayramı münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. İki ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsi naminə fəaliyyətimizi davam etdirmək əzmimizi bir daha təsdiqləyirəm. Sizə ən yüksək hörmət və […]

ADY Tbilisiyə səfər edəcək sərnişinlər üçün tələb olunan sənədlərin siyahısını açıqlayıb

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Tbilisi reysi ilə səfər edəcək sərnişinlər üçün tələb olunan sənədlərin siyahısını açıqlayıb. Qurumdan bildirilib ki, qatara minik zamanı sərnişinlər biletlə yanaşı bir sıra vacib sənədləri də təqdim etməlidirlər. Məlumata görə, sərnişinlərdən pasportun əsli tələb olunur və “mygov” platformasından əldə edilmiş rəqəmsal versiya keçərli hesab edilmir. […]

Qəbul imtahanının II cəhdinin tarixi açıqlanıb

II və III qruplar üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsinin II cəhdi iyulun 5-i keçiriləcək.Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, I və IV qruplar üzrə isə qəbul imtahanı, həmçinin coğrafiya fənni üzrə isə əlavə imtahan iyulun 12-si olacaq. Sözügedən imtahanlara qeydiyyat 1-8 iyun tarixlərində aparılacaq.

Prezident İlham Əliyev İordaniya Kralını təbrik edib

Prezident İlham Əliyev İordaniyanın Kralı II Abdullah ibn Al Hüseynə təbrik məktubu ünvanlayıb.Məktubda deyilir: “İordaniya Haşimilər Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram. Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, […]

İyunda bu bürclərin yeni şansları olacaq

İyun ayı bəzi bürclər üçün uğur, yeni imkanlar və gözlənilməz dəyişikliklərlə yadda qalacaq. Astroloqların fikrincə, xüsusilə karyera, sevgi və maliyyə sahəsində bir neçə bürc üçün şanslı dövr başlayır. Əkizlər bürcü üçün iyun ayı yeni tanışlıqlar və iş imkanları ilə seçiləcək. Uzun müddətdir planlaşdırılan layihələrin həyata keçməsi mümkün görünür. Maddi baxımdan […]

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış davam etdirilir. Cəbrayıl rayonun Şükürbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Şükürbəyli kəndinə 119 ailə – 535 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə […]