Azərbaycan XİN ABŞ-ni təbrik edib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ni Müstəqillik Günü və Birləşmiş Ştatların 250 illiyi münasibətilə təbrik edib. Bununla bağlı XİN-in “X”dəki hesabında paylaşım olunub. “Amerika Birləşmiş Ştatları Müstəqillik Gününü qeyd etdiyi və müstəqilliyinin 250 illiyini qeyd etdiyi bir vaxtda, bu tarixi hadisə münasibətilə Amerika xalqını səmimi qəlbdən təbrik edirik. 4 İyul […]

İranda Əli Xamenei ilə vida mərasimi başlayıb

İranda mərhum Ali dini rəhbər Əli Xamenei ilə vida mərasimi başlayıb. Minlərlə insan ölkənin mərhum Ali dini rəhbəri Əli Xamenei ilə son ehtiramını ifadə etmək üçün Tehranın ən böyük dini kompleksi olan Mosallah kompleksinin ətrafında toplaşıb. Vida mərasimini 67 min hərbi qulluqçu və könüllü müşayiət edir. Qeyd edək ki, dünən […]

Azərbaycanda qaz avadanlıqlarının təhlükəsizliyinə dair ilk texniki reqlament qəbul edilib

Azərbaycanda texniki reqlament olaraq ilk dəfə “Qaz yanacağı ilə işləyən qurğu və avadanlıqların təhlükəsizliyi haqqında Texniki Reqlament” qəbul edilib. Bu barədə nazir Pərviz Şahbazovun sədrliyi, nazirliyin struktur bölmələri və tabeli qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən növbəti kollegiya iclasında bildirilib. Kollegiya sədri iclasın gündəliyinə əsasən, Energetika Nazirliyinin qarşısında duran tapşırıqların vaxtında […]

Ukrayna bir həftə ərzində ikinci dəfə Krımdakı “Saki” aerodromuna zərbə endirib

Ukrayna Təhlükəsizlik Xidməti işğal altındakı Krımda yerləşən Rusiyanın “Saki” və “Qvardeyskoye” hərbi aerodromlarına bir həftə ərzində ikinci dəfə pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirildiyini açıqlayıb. Bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb. Ukrayna xüsusi xidmət orqanının məlumatına görə, “Saki” aerodromunda yeddi anqara zərbə endirilib. Anqarlarda “Su-30SM”, “Su-30” […]

Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına 14 iyun tarixində keçirilmiş qəbul imtahanının (II cəhd, təkrar) yekun nəticələrini elan edib. Bu barədə DİM məlumat yayıb. Bakalavrlar yekun imtahan balı ilə buradan tanış ola bilərlər. Yekun nəticələr haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə […]

Pezeşkian və Paşinyan Tehranda danışıqlar aparıblar

İran Prezidenti Məsud Pezeşkian Tehranda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü zamanı ikitərəfli münasibətlərin ardıcıl olaraq inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əmin olduğunu bildirib. Bu barədə Ermənistan mediası məlumat yayıb. Tərəflər həmçinin regional əhəmiyyətli məsələlər ətrafında fikir mübadiləsi aparıb, sülhün, sabitliyin və regional əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş ardıcıl tədbirlərin vacibliyini vurğulayıblar. Pezeşkian […]

Prezident İlham Əliyev Lukaşenkonu Belarusun Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev belaruslu həmkarı Aleksandr Lukaşenkoya təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli Aleksandr Qriqoryeviç. Dövlət bayramı – Belarus Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin. Azərbaycan ilə Belarus arasında münasibətlər yüksə səviyyədə qarşılıqlı anlaşma, sıx qarşılıqlı fəaliyyət ilə xarakterizə olunur. Xalqlarımız arasında möhkəm […]

“Wizz Air” Bakı ilə Bratislava arasında birbaşa uçuşlara başlayır

Bu il sentyabrın 29-dan etibarən Avropanın ən böyük aşağıbüdcəli aviaşirkəti olan “Wizz Air” Bratislava-Bakı-Bratislava marşrutu üzrə birbaşa müntəzəm reyslərə başlayacaq. Bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib. Məlumata əsasən, uçuşlar həftədə iki dəfə – çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək. “Yeni istiqamətin açılması Azərbaycan ilə Slovakiya arasında […]

Yasamal rayonunun bir hissəsində qaz kəsiləcək

Bakının Yasamal rayonunun bəzi küçələrində qazın verilməsində məhdudiyyətlər yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Yasamal rayonunun Ə. Salamzadə və H. Zərdabi küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.