Ermənistanı məhvə aparan qərar – Azərbaycan bunu bağışlamayacaq

Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca siyasi rəqiblər arasında mübarizə də qızışır. Seçkidə divident qazanmaq istəyən partiyalar, bloklar, qüvvələr bunun üçün “ən yaxşı” seçim olaraq Azərbaycanla sərhəddəki gərginlikdən yararlanmağa çalışırlar. Lakin təəssüf ki, Ermənistan hökumətinin ən böyük səhvi və problemi ondan ibarətdir ki, onlar yalnız keçmiş haqqında danışırlar, bundan siyasi məqsədlər üçün […]

Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik edib

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu dəlib. Doğrusöztv.Az Milli.Az -a istinadən bildirir ki, məktubda deyilir: “Hörmətli İlham Heydər oğlu. Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Türkmənistan xalqı və hökuməti adından, habelə şəxsən öz adımdan Sizə və Sizin timsalınızda bütün qardaş Azərbaycan xalqına səmimi təbriklərimi və ən […]

Ceyhun Bayramov Avstriyanın aparıcı beyin mərkəzlərinin rəhbərləri ilə görüşüb

25 may 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Avstriya Respublikasına işgüzar səfəri çərçivəsində Avstriyanın aparıcı beyin mərkəzlərinin rəhbərləri ilə görüşüb. Doğrusöztv.Az bildirir ki, Xarici İşlər Nazirliyindən  verilən məlumata görə, nazir Ceyhun Bayramov görüş iştirakçılarına Ermənistanın işğalçılıq siyasəti və onun nəticələri, Azərbaycana qarşı törədilən hərbi təxribatlar və buna cavab […]

Prezident İlham Əliyev Gürcüstanın dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev Gürcüstanın Prezidenti Zati-aliləri xanım Salome Zurabişviliyə təbrik məktubu göndərib. Doğrusöztv.Az Milli.Az -a istinadən bildirir ki, məktubda deyilir: “Hörmətli xanım Prezident, 26 May – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda dost Gürcüstan xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı yetirirəm. Azərbaycan-Gürcüstan əlaqələri əsrlərdən […]

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının gündəliyi məlum olub. Doğrusöztv.Az Milli.Az-a istinadən xəbər verir ki, mayın 27-də keçiriləcək iclasın gündəliyinə 15 məsələ daxil edilib. İclasın gündəliyinə daxil edilən məsələlər aşağıdakılardır: 1. “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 2. “Azərbaycan Respublikasının 2020-ci il dövlət […]

Pakistan mətbuatı işğaldan azad olunan ərazilərimizdə erməni vandallığından yazdı

Soydaşlarımızın təşəbbüsü ilə Pakistanın http://thefortress.com.pk saytında “Ermənistanın milli və bəşəri dəyərlərə vandallığı” sərlövhəli məqalə dərc olunub. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, məqalədə işğaldan azad edilən Azərbaycan ərazilərində ermənilərin törətdiyi vandallıq və insanlığa sığmayan vəhşiliklərə diqqət çəkilib. Bildirilib ki, Ermənistan təxminən bu 30 il ərzində işğalda saxladığı Azərbaycan ərazilərində məscidləri, müqəddəs […]

Ermənistanla sərhəddə yeni hərbi hissə fəaliyyətə başlayıb

Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Ermənistanla dövlət sərhədində zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılma­sı, hərbi qulluqçuların maddi-texniki təminatı, sosial şəraitinin yaxşılaşdırılması üzrə təd­birlər davam etdirilir. Dövlət Sərhəd Xidmətindən (DSX) verilən məlumata görə, may ayının 24-də Zəngilan rayonu ərazisində Ermənistanla dövlət […]

ABŞ Prezidenti Cozef Bayden Prezident İlham Əliyevi təbrik edib

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef R.Baydendən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. Doğrusöztv.Az Milli.Az -a istinadən bildirir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident. Amerika xalqı adından Sizə və Azərbaycan xalqına 28 May – Respublika Günü münasibətilə səmimi salamlarımı və təbriklərimi çatdırıram. Bu il Azərbaycanın müstəqilliyinin 1991-ci ildə bərpa edilməsindən 30 […]

Ağdamın işğaldan azad edilmiş hissəsində Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edildi

Prezident İlham Əliyev Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Doğrusöztv.Az Milli.Az -a istinadən bildirir ki, sərəncamla Emin Zamin oğlu Hüseynov Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.