Azərbaycan Ordusunun bölmələri mülki infrastrukturu hədəfə almır

Erməni teleqram kanallarında Azərbaycan Ordusunun bölmələri tərəfindən guya dövlət sərhədinin Gorus rayonu istiqamətində atəşin açılması və nəticədə mülki infrastruktura ziyan dəyməsi barədə təxribat məqsədilə yayılan məlumatın heç bir əsası yoxdur və həqiqəti əks etdirmir. Bu barədə “Report”un sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib. Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri mülki infrastrukturu hədəfə […]

Ermənistanın təxribatı nəticəsində Azərbaycan ordusunun şəxsi heyəti arasında itki olub

Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, nəticədə şəxsi heyət arasında […]

Müdafiə Nazirliyi bütün KİV və sosial şəbəkə istifadəçilərinə müraciət edib

Müdafiə Nazirliyi bütün kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçilərinə müraciət edib. “Yalnız Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatlardan istifadə edilsin, qarşı tərəfin dezinformasiya xarakterli yalan məlumatları paylaşılmasın!Bildiririk ki, Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı nəticəsində baş verən döyüş toqquşması barədə mütəmadi olaraq rəsmi məlumatlar veriləcəkdir”

Nazirlik yeni məktəbli formaları ilə bağlı narazılıqlara münasibət bildirib

Elm və Təhsil Nazirliyi məktəblilər üçün yeni geyim formalarının alınması ilə bağlı valideynlərin narazılıqlara münasibət bildirib. Nazirlikdən “Report”un sorğusuna cavab olaraq qeyd olunub ki, yeni tədris ilinin sonunadək formaların dəyişdirilməsi məcburi deyil. Bildirilib ki, hazırkı geyim formaları 2022/2023-cü tədris ilinin sonunadək istifadə edilə bilər: “Bu, Nazirlər Kabinetinin 17 mart 2022-ci il […]

Sahibə Qafarova Daşkənddə Parlamentlərarası İttifaqın prezidenti ilə görüşüb – FOTO

Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistanın paytaxtı Daşkənd şəhərinə işgüzar səfəri çərçivəsində sentyabrın 8-də Parlamentlərarası İttifaqın (İPU) prezidenti Duarte Paçeko ilə görüşüb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, ölkəmizin bu təşkilatla əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirən spiker Sahibə Qafarova İPU-nun parlamentlərarası əlaqələrin və qlobal parlament diplomatiyasının […]

Aİ Azərbaycanın 5 erməni hərbçini təhvil verməsini alqışlayıb

Avropa İttifaqı (Aİ) Azərbaycan tərəfinin 5 erməni hərbçisinin Ermənistana təhvil verilməsini alqışlayır. APA xəbər verir ki, bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Twitter“də bildirib. “Liderlərin avqustun 31-də Brüsseldəki görüşündən sonra Azərbaycan tərəfindən saxlanılan beş erməni hərbçisinin azad edilməsi ilə bağlı xəbərini alqışlayırıq. Bu, əhəmiyyətli […]

“Hamilə halda məktəbə gələ bilərdi” – Nazirdən 13 yaşlı qızla bağlı AÇIQLAMA

Elm və təhsil naziri Emin Əmrullayevin ötən gün 13 yaşında ana olan yeniyetmə ilə bağlı dedikləri sosial şəbəkə müzakirə edilib. Metbuat.az xəbər verir ki, jurnalistin 13 yaşlı qızın 9 ay məktəbə getməməsi və məktəbdən yayınması ilə bağlı araşdırmalarla bağlı sualına nazir belə cavab verib:“Bu məsələ ilə bağlı araşdırma aparılır. Hazırda məndə bununla […]

Ceyhun Bayramov İspaniyaya rəsmi səfərə yola düşüb

6 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov İspaniya Krallığının Madrid şəhərinə rəsmi səfərə yola düşüb. Bu barədə Trend-ə XİN-dən məlumat verilib. Səfər çərçivəsində nazir Ceyhun Bayramovun İspaniya Krallığının Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq naziri və bir sıra digər yüksək səviyyəli rəsmi şəxslərlə ikitərəfli görüşlərinin […]

İordaniya şirkəti Azərbaycanla birgə tank əleyhinə silah istehsalına başlamaq istəyir (FOTO)

İordaniyanın “Jadara Equipment & Defense Systems” şirkəti Azərbaycanla birgə tank əleyhinə silah istehsalına başlamaq niyyətindədir. Bunu şirkətin meneceri Valid Rabab Trend-ə açıqlamasında deyib. Onun sözlərinə görə, birgə müəssisənin İordaniyada yaradılması nəzərdə tutulur, istehsal prosesinin başlayacağı tarix hələlik məlum deyil. O, həmçinin qeyd edib ki, şirkət hazırda tank əleyhinə silahların nümunələrini istehsal […]

“Azərişıq” Nizami rayonunda yüksək gərginlikli elektrik xəttində baş verən qəza ilə bağlı məlumat yayıb

“Azərişıq” ASC Bakının Nizami rayonunda yüksək gərginlikli elektrik xəttində baş verən qəza ilə bağlı məlumat yayıb. Qurumun mətbuat xidmətindən bildirilib ki, qəza baş verən ərazidə abonentlərin elektrik enerjisi təchizatı tam təmin edilib. “Qəza baş verməsi ilə bağlı 199 saylı çağrı mərkəzinə müraciət daxil olan kimi təmir-bərpa briqadaları əraziyə yollanıb.İstehlakçıların keyfiyyətli […]