Prezident İlham Əliyevin mayın 27-si Zəngilan rayonunda çıxışı zamanı iqtisadiyyatımızın mövcud müsbət nəticələrini nəzərə alaraq 2022-ci ilin dövlət büdcəsinə əlavələr edilməsi ilə bağlı Hökumətə verdiyi tapşırıqdan irəli gələrək İqtisadi Şuranın növbəti iclası keçirilib. İclasda cari ilin ötən dövrü üzrə iqtisadi vəziyyət, ortamüddətli sosial-iqtisadi proqnoz göstəriciləri, büdcə gəlirlərinin nəzərdə tutulandan daha […]
Bakıda 51 yaşlı qadın itkin düşdü
Bakıda 51 yaşlı qadın axtarılır. Bu barədə DİN-dən məlumat verilib. Məlumata görə, paytaxt sakini olan S.Nəbiyeva Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət edərək Binə qəsəbəsində yaşayan qohumu 1971-ci il təvəllüdlü Nəbiyeva Məsumə Ağaməmməd qızının 04.05.2022-ci il tarixində evdən çıxıb və bir daha geri qayıtmadığı barədə məlumat verib. Şəkildə […]
Rusiya, Azərbaycan, Ermənistan sərhəd və digər nəzarət üzrə mövqelərdə bir araya gəliblər
Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri – Aleksey Overçukun, Şahin Mustafayevin və Mher Qriqoryanın birgə sədrliyi ilə keçirilən üçtərəfli işçi qrupunun 10-cu iclasından sonra Moskva, Bakı və İrəvan sərhəd, gömrük və digər nəzarət növlərini müzakirə ediblər və mövqelərini yaxınlaşdırıblar. Rusiya Federasiyası hökumətinin saytı məlumat yayıb. “Tərəflər sərhəd, gömrük və […]
Bakıda kişi arvadını hoteldə BIÇAQLADI
İyunun 4-ü saat 00:00-da Cəlilabad rayon sakini, 1996-cı il təvəllüdlü Rüqayyə Abdullayevanın paytaxtın Nəsimi rayonu, L.Tolstoy küçəsində yerləşən “Citadel” oteldə xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Nəsimi rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1992-ci il təvəllüdlü Tərlan Abdullayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı […]
Zakir Həsənovdan TAPŞIRIQ: Təxribatlara adekvat cavab verilsin
İyunun 4-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Müşavirədə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri iştirak edib. Azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik, birləşmə komandirləri müşavirəyə videobağlantı vasitəsilə qoşulublar. Müdafiə […]
Azərbaycan “Euro-5” benzininin istehsalına nə vaxt başlayacaq? – RƏSMİ
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (NEZ) “Euro-5” standartına uyğun olan benzinin istehsalına başlanılması 2023-cü ili iyun-iyul aylarına planlaşdırılıb. Bunu “SOCAR Downstream” şirkətinin direktor müavini Emil Alxaslı Bakı Enerji Forumu çərçivəsində keçirilən konfransın ikinci günündə bildirib. “Bu ilin üçüncü rübündə isə “Euro -5” standartına […]
Bu ölkələr Rusiyanın elektrik enerjisindən imtina etdi
Estoniyanın enerji sisteminin operatoru “Elering”, Latviyanın “Augstsprieguma tīkls” (AST) və Litvanın “Litgrid” şirkətləri artıq Rusiyadan elektrik enerjisi almayacaqlar. Dogrusoztv.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı ölkələr arasında saziş imzalanıb. “İyunun 1-dən etibarən ölkələrin elektrik enerjisi bazarı yalnız Polşa və Skandinaviya ilə bağlıdır. Bu qərarın səbəblərindən biri ödənişlərlə bağlı problemdir, […]
Abşeronda DƏHŞƏT: Ata 35 yaşlı qızını öldürdü
İyunun 3-ü saat 12 radələrində Abşeron rayon sakini 1987-ci il təvəllüdlü Jalə Davudovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Abşeron rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin atası 1964-cü il təvəllüdlü İftixar Davudovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Jalə Davudovanı qəsdən öldürməsinə əsaslı […]
Bu marşrut avtobuslarının hərəkəti dəyişdirilir
Bakı Şəhər Halqasının əhatə etdiyi küçə və prospektlərdə iyunun 6, gecǝ saat 01:00-dan etibarən nəqliyyatın hərəkəti məhdudlaşacaq. Bu səbəbdən, 20 marşrut xəttinin hərəkət sxemində müvəqqəti dəyişikliklər ediləcək. Dogrusoztv.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Həmin marşrut xəttləri aşağıdakılardır: – 1, 2, 4, 10, 46, M3 və H1 nömrəli marşrutlar […]
Şənbə gününə olan hava proqnozu
Sabah Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Cənub küləyi əsəcək.Milli Hidrometeorologiya Xidmətindən “Unikal”a verilən məlumata görə, havanın temperaturu gecə 19-23° isti, gündüz 30-35° isti, Bakıda gecə 20-22° isti, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-55%, gündüz 40-45 % […]