Türkmənistan Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycanda dövlət səfərində olan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Fəxri xiyabana gələrək Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib. Türkmənistan prezidenti Ulu Öndərin məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb. Görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın da məzarı ziyarət edilib, önünə tər güllər düzülüb.

BŞTİ: 46 mindən çox şagirdin yerdəyişməsi aparılıb

Tədris ili ərzində Bakı Şəhər Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 46 531 şagirdin elektron sistem (sy.edu.az) vasitəsilə bir məktəbdən digərinə yerdəyişməsi aparılıb. Bu barədə Bakı Şəhər Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, elektron sistem vasitəsilə şagird yerdəyişməsi valideynlərin rahatlığına, prosesin daha şəffaf və operativ həyata keçirilməsinə, əlavə vaxt […]

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə iyunun 22-də “Dostlug” neftdaşıyan tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirilib. Azərbaycan tərəfindən Türkmənistana hədiyyə edilən “Dostlug” neftdaşıyan tankeri Bakı gəmiqayırma zavodunda inşa olunub. Tankerin ümumi uzunluğu 141 metr, eni 16,9 metr, suya oturumu isə 4,54 metrdir. Dedveyti 7875 […]

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 25 ili tamam olur

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 25 ili tamam olur. Bu münasibətlə komitə, tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu, Azərbaycan İlahiyyat İnstitutu, Bakı İlahiyyat Kollecinin rəhbərliyi və əməkdaşları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi ehtiramla yad edilib, məzarı […]

Küləkli havada dənizə gedənlərə sərt XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərdə təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı vətəndaşlara növbəti dəfə müraciət edib. Nazirliyin yaydığı məlumatda qeyd olunub ki, aparılan geniş maarifləndirmə işlərinə və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq, bəzi vətəndaşlar təhlükəsizlik qaydalarına laqeyd yanaşır ki, bu da ağır nəticələrə səbəb olur. Bildirilib ki, ötən gün Sabunçu rayonunun […]

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla 22-25 iyun tarixlərində Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – məlumatda […]

Bakının bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb

Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 3. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində; 4. Ziya Bünyadov prospekti, Əhməd […]

Keçmiş deputat Paşinyanı məhkəməyə verdi

Ermənisatn aprlamentinin keçmiş deputatı Zaruhi Postanjyan onu təhqir etdiyinə və böhtan atdığına görə Baş nazir Nikol Paşinyana qarşı məhkəmə iddiası qaldırıb. “Hraparak”ın məlumatına görə, iddia ərizəsi artıq məhkəməyə təqdim edilib. Postanjyan bildirib ki, o, Paşinyanın təhqiredici və böhtan xarakterli ifadələrinə görə məhkəməyə müraciət edib.Sabir deputat baş nazirdən üzr istəməsini, deyilənlərin […]