Azərbaycan neftinin qiyməti 94 dollardan aşağı düşüb

DogruSozTv Az

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,53 ABŞ dolları və ya 1,6 % azalaraq 93,97 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 92,73 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları ilə Kluj-Napoka şəhəri arasında əlaqələrin qurulması müzakirə olunub

DogruSozTv Az

Rumıniyada rəsmi səfərdə olan Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubovun rəhbərlik etdiyi nümayəndə heyətinin paytaxt Buxaretdən sonra Rumıniyanın ikinci böyük şəhəri olan Kluj-Napoka şəhərinin vitse-meri Dan Ştefan Tarçeya ilə görüşü keçirilib. Bu barədə Azərbaycanın Rumıniya səfirliyindəki mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, görüşdə Xankəndi […]

Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümünə bu gün start verilir

DogruSozTv Az

Misli Premyer Liqasının 2026/2027 mövsümünə bu gün start veriləcək. I turun açılış matçı Tovuzda keçiriləcək. “Turan Tovuz” “Qəbələ” komandasını qəbul edəcək. Qarşılaşma saat 19:30-da start götürəcək. Misli Premyer Liqası I dövrə, I tur 14 avqust 19:30. “Turan Tovuz” – “Qəbələ” Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Emin Əliyev. VAR: […]

Bakıda yalnız üç istiqamətdə nəqliyyatın sıxlığı yaranıb

DogruSozTv Az

Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 3. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

Ankarada mikroavtobus ilə yük maşını toqquşub, ölən və yaralananlar var

DogruSozTv Az

Türkiyənin paytaxtı Ankarada mikroavtobus yük maşını ilə toqquşub. Bu barədə “Haber Global” məlumat yayıb. Hadisə yerinə jandarm, polis, yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb edilib. Qəza nəticəsində 1 nəfər hadisə yerində həyatını itirib, 16 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. İlkin tibbi yardım göstərildikdən sonra yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Bərdədə zəncirvari qəza olub, dörd nəfər xəsarət alıb

DogruSozTv Az

Bərdə rayonunda üç avtomobilin iştirakı ilə baş verən zəncirvari qəzada dörd nəfər xəsarət alıb. Hadisə Mingəçevir-Bəhrəmtəpə yolunun Bərdə rayonu Mehdili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza zamanı “Toyota Camry”, “VAZ 2107” və “VAZ 21099” markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirindən “Toyota Camry” və “VAZ 2107” aşaraq yolun sağ və […]

Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb

DogruSozTv Az

Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər müxtəlif ölkələrin media qurumları tərəfindən geniş işıqlandırılıb. Rusiyanın “Kommersant”, “İnterfaks”, “Вестник Кавказа” və “NEWS.ru” media orqanları dövlətimizin başçısının müsahibəsinin əsas məqamlarını oxucuların diqqətinə çatdırıblar. “Kommersant” Azərbaycanın neft və qazla yanaşı, elektrik enerjisini də Avropa bazarına çıxarmaq niyyətini […]

Zərərli orqanizmlərə görə toxumluq əkinlər üçün kompensasiya ödənilməsi qaydası hazırlanacaq

DogruSozTv Az

Zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və ləğvi nəticəsində məhv edilən toxumlara və toxumluq əkinlərə görə çəkilən xərclərin kompensasiya məbləğini və ödənilməsi qaydası müəyyənləşəcək. Bu, Prezident İlham Əliyevin “Toxumçuluq haqqında” qanunun tətbiqi barədə imzaladığı Fərmanda əksini tapıb. Fərmana əsasən, Nazirlər Kabineti beş ay müddətində zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və ləğvi […]

Rotterdam limanında partlayış olub, ölən var

DogruSozTv Az

Niderlandın Rotterdam limanında partlayış baş verib. “Reuters”in xəbərinə görə, hadisə nəticəsində bir nəfər ölüb, daha bir neçə nəfər isə xəsarət alıb. Yerli polis hadisənin baş vermə səbəbinin hələlik məlum olmadığını və araşdırma aparıldığını bildirib.

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

DogruSozTv Az

Fövqəladə Hallar Nazirliyi (FHN) qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Müraciətdə deyilir: “Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, avqustun 17-dək bəzi ərazilərdə güclü külək əsəcəyi, hava şəraitinin fasilələrlə yağıntılı keçəcəyi və ayrı-ayrı yerlərdə intensiv olacağı, çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi proqnozlaşdırılır. Qeyd olunanları nəzərə alaraq, […]