Azərbaycan neftinin qiyməti 94 dollardan aşağı düşüb

DogruSozTv Az
Oxunma vaxtı:44 Saniyə

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,53 ABŞ dolları və ya 1,6 % azalaraq 93,97 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat yayıb.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 92,73 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,69 ABŞ dolları və ya 1,82 % azalaraq 91 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 35,3 %-dir.

Loading

Next Post

Rusiya Sumı, Dnepropetrovsk, Xarkov və Zaporojyeyə zərbələr endirib: ölənlər və yaralananlar var

Rusiya qoşunları ötən sutka ərzində Ukraynanın Sumı, Dnepropetrovsk, Xarkov və Zaporojye vilayətlərinə zərbələr endirib. Bu barədə vilayətin hərbi administrasiyalarının rəhbərləri Oleq Qriqorov, Aleksandr Qanja, İvan Fyodorov, həmçinin Xarkov Vilayət Hərbi Administrasiyasının başçısı Oleq Sinequbov məlumat verib. Zərbələr nəticəsində 2 nəfər ölüb, 15 nəfər yaralanıb. Sumı vilayətində Rusiya qoşunları səhər saatlarında […]