Ukraynanın Rusiyanın Belqorod vilayətinə zərbələri nəticəsində 5 nəfər yaralanıb

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod vilayətinə pilotsuz uçuş aparatı (PUA) ilə endirdiyi zərbələr nəticəsində 5 nəfər yaralanıb. Bu barədə “İnterfaks” regional əməliyyat qərərgahına istinadən məlumat yayıb. “Bu gecə Şebekino şəhərində FPV-dronun partlaması zamanı 3 nəfər xəsarət alıb. Onlar Şebekino Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar”, – məlumatda qeyd olunub. Bundan əlavə, avtomobilə […]

“Qarabağ” UEFA Avropa Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxır

“Qarabağ” UEFA Avropa Liqasında növbəti oyununa çıxacaq. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv I təsnifat mərhələsinin cavab oyununda İslandiyanın “Vestri” komandasının qonağı olacaq. Reykyavikdəki “Torfnesvöllur” stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Görüşü çexiyalı FIFA referisi Marek Radina idarə edəcək. Bakıdakı ilk matçda “köhlən atlar” üç […]

Samuxda kütləvi zəhərlənmə faktı qeydə alınıb

Samux rayonunda kütləvi zəhərlənmə faktı qeydə alınıb. Hadisə rayonun Alıuşağı kəndində baş verib. 10-dan çox şəxsin qidadan zəhərlənmə diaqnozu ilə Gəncə şəhərində Abbas Səhhət adına xəstəxanaya yerləşdirildiyi bildirilir. İlkin məlumata görə, kənd sakinlərindən biri halva bişirib və qonşulara paylayıb. Halvanı yeyən ev sakinləri və qonşular özlərini pis hiss etdiklərindən xəstəxanaya […]

“Islamabad Post”: IV Şuşa Qlobal Media Forumu ölkələr və mədəniyyətlər arasında körpü olub

IV Şuşa Qlobal Media Forumu dünya informasiya məkanında dezinformasiya və etimadsızlığın artması şəraitində dialoq və əməkdaşlıq üçün platforma yaradaraq ölkələr, mədəniyyətlər və müxtəlif baxış bucaqları arasında körpü olub. Bu barədə “Islamabad Post” nəşrinin məqaləsində qeyd olunub. Bildirilib ki, sülh quruculuğu, media diplomatiyası və jurnalistikada süni intellektin etik şəkildə tətbiqi məsələlərinin […]

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb

Prezident İlham Əliyev 22 iyun 2021-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”ndə dəyişiklik edib. Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, “Avtomobil nəqliyyatı haqqında” qanunun tələbləri nəzərə alınmaqla, müvafiq ərazidə dayanacaq məntəqələri istisna olmaqla, avtomobil nəqliyyatının infrastruktur obyektlərinin yerləşdirilməsinə, yaxud təyinatı avtomobil […]

Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında iyulun 16-dan 22-dək qeyri-sabit, fasilələrlə yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Azərbaycan qlobal logistika xəritəsini yenidən formalaşdırır – Çin-Mərkəzi Asiya və Orta Dəhliz sınağı – ŞƏRH

Şuşa Qlobal Media Forumu təkcə beynəlxalq media nümayəndələrini bir yerə toplayan platforma deyil. Bu Forum eyni zamanda Azərbaycanın bütün dünyaya regiondakı yeni geosiyasi reallıqları və rəsmi Bakının əsas strateji hədəflərini, xarici siyasət kursunu birbaşa bəyan etdiyi tribunadır. Prezident İlham Əliyevin 13-14 iyul tarixlərində keçirilən IV Şuşa Qlobal Media Forumu çərçivəsindəki […]

“Jamestown”: Bakı fon der Lyayenin səfərindən sonra Aİ-dən praktiki addımlar gözləyir

Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Bakıya səfəri Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasındakı münasibətlərin yenidən dəyərləndirildiyini aydın şəkildə nümayiş etdirib. Bu barədə ABŞ-nin “Jamestown” analitik mərkəzinin məqaləsində bildirilib. Müəlliflərin qiymətləndirməsinə görə, fon der Lyayen Bakıya konkret maliyyə öhdəlikləri və Aİ-nin Azərbaycanı Avropaya qaz tədarükünün şaxələndirilməsi, Transxəzər marşrutunun və […]

Bakıda 32, rayonlarda 38 dərəcə isti olacaq

Azərbaycanda iyulun 16-da havanın 38 dərəcə isti olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi […]