Avropa Şurasının Nazirlər Komitəsi 2001-ci ilin məhz bu günündə Azərbaycanın təşkilata tamhüquqlu üzv qəbul edilməsi barədə qərar qəbul edilib. Bəs, 17 yanvarda daha hansı hadisələr baş verib? 1. 17 yanvar 1605-ci ildə “Don Kixot” romanı ilk dəfə nəşr olunub. 2. 1685-ci ilin bu günündə Vyanada Johannes Diodato tərəfindən ilk kafe […]
“Kəpəz” və “Karvan-Yevlax” yoxlama oyununda üz-üzə gələcək
Misli Premyer Liqasında çıxış edən “Kəpəz” və “Karvan-Yevlax” kollektivləri bu gün yoxlama oyununda üz-üzə gələcəklər. Qarşılaşma Yevlax şəhər stadionunda, saat 14:00-da start götürəcək. Qeyd edək ki, “Kəpəz” daha əvvəl yoxlama matçında “Qəbələ”yə 1:3 hesabı ilə uduzub.
Yol Polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə müraciət edib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən yanvarın 17-dən 22-dək ölkə ərazisində hava şəraitinin yenidən yağıntılı olacağı, bəzi ərazilərdə qar yağacağı gözlənilir: “Başa çatmaqda olan həftə ərzində […]
“Faciənin foto yaddaşı” sərgisi açılıb
Milli Azərbaycan Tarixi Muzeyində “Faciənin foto yaddaşı” adlı fotosərginin açılış mərasimi keçirilib. Sərgi çərçivəsində “Faciənin fotosu” (rejissor Fərqanə Qasımlı, operator Ayaz Mikayılzadə) adlı sənədli film nümayiş olunub. Sərginin kuratoru, muzeyin fotoqrafı, Azərbaycan Fotoqraflar Birliyinin təsisçisi Mirnaib Həsənoğlu çıxış edərək sərgidə təqdim olunan fotoların və sənədlərin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. […]
“Xəzər Dəniz Gəmiçiliyi”nə yeni sədr gətirildi – DOSYE
Prezident İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinə yeni sədr təyin edib. Ölkə başçısının sərəncamına əsasən, Əfqan Süleyman oğlu Cəlilov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri vəzifəsinə təyinat alıb. Qeyd edək ki, Əfqan Cəlilov bu təyinatadək “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi” publik […]
Nadejda İsmayılovaya “Şöhrət” ordeni verildi
Azərbaycan Respublikasında jurnalistika sahəsində xüsusi xidmətlərinə görə Nadejda Vasilyevna İsmayılova “Şöhrət” ordeni ilə təltif edilib.Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir – FOTO
Rusiya ordusunun tərkibində Ukraynada döyüşmüş soydaşımız Ruslan Şakiroviç Aslanov ictimaiyyətdən yardım istəyir. Müddətli həqiqi hərbi xidmət keçdiyi hərbi hissədə aldadılaraq müqaviləli xidmət imzaladığını deyən soydaşımız Ukraynada döyüşmək üçün Rusiya ordusunun 41772 nömrəli hərbi hissəsinin 128-ci briqadasının 1-ci batalyonunda müddətdən artıq xidmət keçməyə məcbur olub. O, hərbi birlikdə “Qroza” ləqəbli komandrinin […]
Assosiasiya sədri: Bələdiyyələri “qəbir yeri satan” kimi təqdim edirlər
Bələdiyyələri “qəbir yeri satan” kimi təqdim edirlər. Bunu Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclasında deyib. Hümbət Hüseynov bildirib ki, vaxtilə bələdiyyələr cəmiyyətdə “torpaq satan təşkilat” kimi tanınırdı: “Bu anlayış artıq bizim leksikonumuzdan çıxmalıdır. Lakin son illərdə, xüsusilə 2018-ci ildən sonra […]
Baş prokuror Şirvan şəhərində vətəndaşları qəbul edib
Baş prokuror Şirvan şəhərində vətəndaş qəbulu keçirib. Bu barərdə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu gün Baş prokuror Kamran Əliyev Şirvan şəhər prokurorluğunun inzibati binasında Şirvan şəhər, Hacıqabul, Salyan, Neftçala və Biləsuvar rayonundan olan vətəndaşları qəbul edib. Qəbuldan əvvəl Baş prokuror Ümummilli Lider Heydər Əliyevin rayonun mərkəzində […]
6 mindən çox şəxs eksternat imtahanda iştirak edəcək
Əvvəlki illərdə ümumi təhsil müəssisələrini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydada keçiriləcək imtahanlara sənəd qəbulu artıq yekunlaşıb. Cari ildə 6 mindən çox şəxs imtahanda iştirak etmək üçün müraciət edib. Bu barədə Məktəbəqədər Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. […]