“Venesuela Prezidenti Nikolas Maduro həyat yoldaşı ilə birgə ələ keçirilib və ölkədən çıxarılıb”. Bu barədə ABŞ Prezidenti Donald Trump “Truth Social” sosial şəbəkə hesabında yazıb. Xatırladaq ki, bu gün Venesuelanın paytaxtı Karakasda bir neçə partlayış baş verib. “CBS News”un jurnalisti Cennifer Ceykobs ABŞ Prezidenti Donald Trampın Venesuelada obyektlərə zərbə endirmək […]
KİV: Tramp Venesueladakı hərbi obyektlərə zərbə endirilməsini əmr edib
ABŞ Prezidenti Donald Tramp Venesuela daxilindəki hədəflərə, o cümlədən hərbi obyektlərə zərbələr endirilməsini əmr edib. Bu barədə CBS News məlumat yayıb.
Venesuelada fövqəladə vəziyyət elan edilib
Venesuelaya hücumdan sonra Prezident Nikolas Maduro ölkədə fövqəladə vəziyyət elan edilməsi barədə fərman imzalayıb. Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
QMİ Həcc ziyarəti ilə bağlı çağırış edib
Qafqaz Müsəlmanları İdarəsi Həcc ziyarəti ilə bağlı çağırış edib. QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri APA-ya bildirib ki, Səudiyyə Ərəbistanı Həcc və Ümrə nazirliynin dünyadakı bütün Həcc missiyalarına Həccə qeydiyyat prosedurlarının erkən bitirilməsini ciddi şəkildə tələb edir: “Belə ki, Ramazan ayının 1-dən vizaların verilməsi prosesinə […]
Mehriban Əliyeva Həmrəylik Günü və Yeni illə bağlı paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə paylaşım edib.Həmin paylaşımı təqdim edirik:
İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İllə bağlı paylaşım edib
Azərbaycan Prezidenti İlham Əliyev sosial media hesablarında 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İllə bağlı paylaşım edib.Həmin paylaşımı təqdim edirik:
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.Bayram dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında həmrəylik bağlarının yaranmasında mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyulub. Bu vaxt İstanbulda türkdilli xalqların konfransı keçirilirdi. Konfransda dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verilib. […]
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb
Prezident İlham Əliyev Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən, Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb, qurumun Əsasnaməsi təsdiq edilib. Agentlik dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin illik […]
Həsən Zeynalov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Azərbaycan Prezidenti İlham Əliyev Həsən Sultan oğlu Zeynalov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. Dövlət başçısının imzaladığı sənədə əsasən, H.Zeynalov bu ordenlə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib. Qeyd edək ki, yanvarın 1-də H.Zeynalovun 75 yaşı tamam olacaq. O, […]
Tokayev LGBT təbliğatını qadağan edən qanunu imzalayıb
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Qazaxıstan Respublikasının bəzi qanunvericilik aktlarına arxiv işi və qanunsuz kontentin yayılmasının məhdudlaşdırılması məsələləri üzrə dəyişikliklər və əlavələr edilməsi haqqında” qanunu imzalayıb. Bu barədə Akorda məlumat yayıb. Daha əvvəl Qazaxıstan Senatı sənədi iki oxunuşda təsdiqləmişdi. Qanun uşaqların onların sağlamlığına və inkişafına zərər verən məlumatlardan, o cümlədən pedofiliya […]