Məsud Pezeşkian Azərbaycana təşəkkür edib

İran Prezidenti Məsud Pezeşkian Azərbaycana təşəkkür edib. Pezeşkian bu barədə İslam İnqilabının qələbəsinin 47-ci ildönümü ilə bağlı yürüş zamanı xalq qarşısında çıxışında deyib. O bildirib ki, İran qonşu ölkələrlə səmimi və qardaşlıq əlaqələri qurur: “Bu, inqilab rəhbərinin göstərişidir. Həmin ölkələr müsəlman dövlətləridir, dost və qardaş ölkələrdir. Biz bu ölkələrlə əlaqələrimizi […]

DİN qadınlara qarşı zorakılıqla bağlı müraciət edib – VİDEO

Daxili İşlər Nazirliyi qadınlara qarşı zorakılıq halları ilə bağlı müraciət edib. Müraciətdə qeyd olunub ki, DİN tərəfindən cinayətlərin, o cümlədən qadınlara və uşaqlara qarşı törədilmiş ailə-məişət xarakterli zorakılıq əməllərinin qarşısının alınması sahəsində aidiyyəti dövlət qurumları ilə birgə mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirilir: “Məişət zorakılığına qarşı mübarizə təkcə hadisə baş […]

Prezident İlham Əliyev Məsud Pezeşkianı təbrik edib

Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Hörmətli cənab Prezident, İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm. Ortaq dini-mədəni köklər və mehriban qonşuluq telləri ilə […]

Azərbaycan nefti cüzi ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,07 ABŞ dolları və ya 0,1 % azalaraq 71,14 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 72,04 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]

“Qarabağ” klubu dünya reytinqində doqquz pillə irəliləyib

“Qarabağ” klubu dünya reytinqində doqquz pillə irəliləyib. Bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb. “Köhlən atlar” 200 xalla 60-cı sırada qərarlaşıb. Ölkənin digər təmsilçilərindən “Sabah” (96 xal) 224-cü yerdən 211-ə qalxıb. “Zirə” (63 xal) 389-cu mövqedən 418-ə, “Araz-Naxçıvan” (59 xal) 456-dan 468-ci pilləyə geriləyib. 502 […]

Bakının bir sıra yollarında tıxac yaranıb

Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Binəqədi şosesi, “Azadlıq prospekti” metrostansiyası istiqamətində; 3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 4. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində; 5. Ziya Bünyadov prospekti, […]

ABŞ-nin Vitse-prezidenti Azərbaycana səfərə gəlib

ABŞ Vitse-prezidenti Ceyms Devid Vens fevralın 10-da Azərbaycana rəsmi səfərə gəlib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ABŞ-nin Vitse-prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Vitse-prezident Ceyms Devid Vensi Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşıladılar.

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb. Parlamentin fevralın 13-də keçiriləcək iclasının gündəliyinə aşağıdakı məsələlər daxil edilib: 1. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci ildə fəaliyyəti haqqında məruzəsi. 2. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 3. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, […]