Azərbaycanda aprelin 21-də havanın arabir yağıntılı keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Axşama doğru yağış tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 10-12° isti, […]
Pezeşkian: Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir
İran Prezidenti Məsud Pezeşkian bəyan edib ki, Yaxın Şərqdə müharibə heç bir tərəfə fayda gətirmir və gərginliyin azaldılması üçün bütün diplomatik və rasional yollardan istifadə edilməsinə çağırıb. Bu barədə İranın dövlət informasiya agentliyi “IRNA” məlumat yayıb. “Müharibə heç kimin maraqlarına cavab vermir və təhdidlərə qarşı durarkən gərginliyin azaldılması üçün bütün […]
Paşinyan: Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri genişləndirmək istəyir
Qonşu ölkələrlə münasibətlərin qurulması Ermənistanın balanslaşdırılmış xarici siyasətində mühüm rol oynayır. Bunu Baş nazir Nikol Paşinyan bu gün hakim “Vətəndaş müqaviləsi” partiyasının seçkiqabağı proqramının təqdimatı zamanı bəyan edib. “Regionallaşma balanslaşdırılmış xarici siyasətin formalaşmasında əsas rol oynayır, bunun başlıca məqsədi Ermənistanın xarici dəstək olmadan öz mühitində təkcə yaşamaq deyil, həm də […]
“Azərpoçt”un rəhbəri işdən çıxıb
“Azərpoçt” MMC-nin İdarə Heyətinin (İH) sədri vəzifəsini icra edən İsi Mustafayev işdən çıxıb.“Report”un əldə etdiyi məlumata görə, o, “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin İH sədrinin müşaviri vəzifəsinə təyinat alıb. Xatırladaq ki, İ. Mustafayev 2000-ci ildən müxtəlif şirkət və banklarda iqtisadçı və departament direktoru kimi rəhbər vəzifələrdə çalışıb, 2021–2022-ci illərdə “Azərpoçt”un […]
İranda “Mossad” ilə əməkdaşlıqda ittiham olunan iki nəfər edam edilib
İranda İsrailin “Mossad” kəşfiyyat xidməti ilə əməkdaşlıqda təqsirli bilinən iki nəfər edam edilib. Bu barədə “Reuters” agentliyi məlumat yayıb. Məlumata görə, xaricdə xüsusi hazırlıq keçmiş məhkumlar “Mossad”la əlaqəli geniş casus şəbəkəsinin iştirakçısı olublar və İran xüsusi xidmət orqanlarının versiyasına görə, İslam Respublikasının ərazisində təxribatlar həyata keçirməyi planlaşdırıblar. Agentlikdən bildiriblər ki, […]
İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir
Azərbaycan inkluziv və dayanıqlı inkişafı davam etdirir. Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının səksən ikinci sessiyasının iştirakçılarına müraciətində yer alıb. Dövlət başçısı qeyd edib ki, son iki onillik ərzində, iqtisadiyyatımız təxminən dörd dəfə artıb, yoxsulluq və işsizlik isə təqribən 5 […]
İlham Əliyev BMT komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciət edib
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının səksən ikinci sessiyasının iştirakçılarına müraciət edib.Müraciətdə deyilir: “Xanımlar və cənablar, Azərbaycanın sədrliyi ilə keçirilən BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (BMT ASİSK) səksən ikinci sessiyasında çıxış etmək üçün mənə göndərdiyi səmimi dəvətə […]
Azərbaycan və Pakistan XİN rəhbərləri təmasların davam etdirilməsi barədə razılığa gəlib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov V Antalya Diplomatiya Forumu çərçivəsində Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Darla görüşüb. Bu barədə Pakistan XİN-in “X” hesabında bildirilib. Tərəflər regional proseslərlə bağlı məhsuldar müzakirələr aparıb, Pakistan və Azərbaycan arasında mövcud yaxın və qardaşlıq münasibətlərinin daha da gücləndirilməsi imkanlarını […]
Antalya Diplomatiya Forumu – Azərbaycanın artan diplomatik çəkisi və yeni reallıqlar – ŞƏRH
2021-ci ildə təsis edilən Antalya Diplomatiya Forumu qısa müddət ərzində qlobal diplomatiyanın mühüm platformalarından birinə çevrilib. Azərbaycan da öz növbəsində bu platformaya ilk gündən siyasi və diplomatik dəstək verən ölkə olub. Təsadüfi deyil ki, məhz 2021-ci ildə baş tutan forum çərçivəsində Azərbaycan və Ermənistan nümayəndələri postmüharibə dövründə ilk dəfə olaraq […]
Paşinyan: İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir
Ermənistanın İranla əməkdaşlığa dair baxışı strateji xarakter daşıyır və İrəvan bu ölkənin ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir. Bunu ölkənin Baş naziri Nikol Paşinyan brifinqdə İran ətrafında, xüsusilə Hörmüz boğazı ilə bağlı vəziyyətlə əlaqədar mümkün alternativ marşrutların axtarışı barədə suala cavabında bildirib. Onun sözlərinə görə, bu kontekstdə TRIPP (Beynəlxalq […]